İranın neft sənayesində müqavilə əsasında işləyən fəhlələr ölkədə hicaba görə həbslərin, qətllərin, təqib və təzyiqlərin dayandırılmayacağı təqdirdə tətil edəcəkləri ilə bağlı hökumətə xəbərdarlıq edib.
"Report" xəbər verir ki, məlumatı "RadioFərda" yayıb.
Qeyd olunub ki, müqaviləli neft sənayesi işçilərinin etirazlarının təşkilat şurası Məhsa Əmininin qətlə yetirilməsindən hiddətləndiklərini bildiriblər.
Şura bildirib ki, qadınlara qarşı mütəşəkkil zorakılığa və ölkədə hökm sürən yoxsulluğa qarşı xalqın mübarizəsini dəstəkləyirlər.
"Etiraz etmək zəhmətkeşlərin ayırılmaz haqqıdır. Biz insanıq və qırx ildən artıqdır üzərimizə qoyulan zülmə etiraz edirik. Biz artıq bu köləliyə və ədalətsizliyə dözmək istəmirik", - fəhlələr vurğulayıb.
Qeyd edək ki, İran hakimiyyətinin tətbiq etdiyi hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polis tərəfindən qətlə yetirilib. Buna etiraz olaraq İranda aksiyalar keçirilir.
Paylaş: