Nikol Paşinyan həm 44 günlük müharibədə, həm də Azərbaycanın son hücumu zamanı ölənlərin həqiqi sayını gizlətək istədiyi üçün onlrın adlarını açıqlamır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə müxalifətdə olan Respublika partiyasının sədr müavini (sədr Serj Sərkisyandır) Armen Aşotyan öz Facebook səhifəsində bildirib.
Aşotyanın sözlərinə görə, Paşinyanın sentyabrın 21-də, gecə Yerablur məzarlığına baş çəkməsi ölənlərin məzarları üzərində alçaq, əxlaqsız şeytani məclisi xatırladır.
Müxalif siyasətçi Ermənistan baş nazirinin imzalana biləcək sülh müqaviləsinin Qarabağ məsələsinə aid olmaması ilə bağlı bəyanatına da toxunub. Onun sözlərinə görə, Qarabağ probleminə Ermənistan-Azərbaycan münasibətlərindən kənarda baxılması mümkün deyil.
“Paşinyan Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlar aparmalı olduğunu deyir. Biz Qarabağı tərk etdik, türklər isə Cermukda dayanıb və biz qaçmağa sığınacaq axtarırıq”,-deyə o, yazıb.
Paylaş: