Xəbər lenti

Ermənistan müdafiə naziri Suren Papikyanın istefa verdiyi barədə məlumat yayılıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, istefa qərarı bir müddət öncə 15 hərbçinin yanıb ölməsi ilə nəticələnən hadisə ilə bağlıdır. Son günlər nazirin özünə yarım milyon dollarlıq ev aldığı barədə faktlar da tirajlanırdı.

Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi isə ölkənin müdafiə naziri Suren Papikyanın guya istefaya getməsi ilə bağlı mətbuatda yayılan şayiələri təkzib edib. Bundan əvvəl “Hraparak” və “İravunk” qəzetləri öz mənbələrinə istinadən Ermənistanın müdafiə naziri Suren Papikyanın vəzifəsindən azad ediləcəyini və yerinə namizədin axtarıldığını yazıb. “Hraparak”ın yazdığına görə, Papikyanın varisi Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan olmalı idi, “İravunk” isə Papikyanın diplomatik xidmətə keçməyi planlaşdırdığını iddia edib.




Ana səhifəyə qayıt        Baxış: 3 601          Tarix: 5-03-2023, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma