Xəbər lenti


 

Çin, Hindistan və İran İrəvan üçün "təhlükəsizlik yastıqları"na çevrilə bilər

 

Ovqat.com-un məlumatına görə, bu fikirləri mətbuata müsahibəsində erməni politoloq Ara Poqosyan deyib.

 

Ən azı iki “üçbucaq” mümkündür: Ermənistan-İran-Hindistan və ya Ermənistan-İran-Çin. Ən əsası isə bu əməkdaşlıq Rusiyanın müqaviməti ilə üzləşməyəcək və Rusiya Federasiyasının maraqlarına zidd olmayacaq”, - Poqosyan bildirib.

 

Poqosyanın fikrincə, bu üçlü ittifaqlar İrəvanın KTMT üzrə tərəfdaşları ilə münasibətlərinin soyuması fonunda getdikcə daha çox aktuallıq qazanır, xüsusən də ölkənin “rus NATO-su” daxilində mövcud təhlükəsizlik sisteminə alternativi olmadığı üçün. 

 

Bəs Ermənistanın həqiqi NATO-ya üzvlüyü necə, İrəvan üçün çıxış yolu ola bilməzmi?

 

Erməni politoloquna görə, xeyr, çünki İrəvandakı bəzi qərbyönlü qüvvələrin Ermənistan və regionun digər dövlətləri üçün ümid bəslədiyi NATO-ya gedən yol əslində Türkiyədən keçir. Ekspert gələcək ümidini bu hərbi alyansa bağlayan hər kəsə bunu nəzərə almağı məsləhət görür. Poqosyan misal kimi Türkiyənin Şimali Atlantika Alyansına qoşulmaq yolunda getdiyi Finlandiya və İsveçi göstərib.

 

Türkiyənin aydın strategiyası var və o, öz milli-dövlət maraqlarını, məsələn, hansısa “sülh epoxası” adı altında qurban verməyə hazır olan ölkələrdən deyil. Türkiyə üçün “sülh epoxası” deyil, milli məqsədlərin həyata keçirilməsi dövrüdür”, - Poqosyan bildirib.

 

Onun fikrincə, Ərdoğanın Ermənistanın Qərbə inteqrasiyası üçün birinci şərti türk dünyası ilə “birləşmək” olacaq. Çünki Ankara Ermənistanı türk dünyasını parçalayan paz kimi görür.

 

Politoloqun fikrincə, Böyük Turan ideyası Qərb üçün də sərfəlidir. Zira, bu ideya Çinin yüksəlişini cilovlamaq üçün son illər ərzində Qərb ölkələri tərəfindən gücləndirilib.

 

İndi üçtərəfli Rusiya-Çin-İran əməkdaşlığının formalaşması aktiv fazaya qədəm qoyub, biz bundan sonra Türkiyənin Qərb üçün dəyərinin daha da artacağını görəcəyik”, - ekspert vurğulayıb.

 

Ermənistanın bu geosiyasi projelərdə yeri və rolundan danışan Poqosyan Türkiyənin elə indidən bu ölkə ilə münasibətləri normallaşdırmaq qərarına gəldiyinə diqqət çəkib. Onun fikrincə, əslində, bu siyasət ötən əsrin əvvəllərindəki türk konsepsiyasına uyğundur, yəni 12 min km əraziyə malik Ermənistan (Gümrü müqaviləsinə əsasən) həyat qabiliyyətli deyil və iqtisadi cəhətdən Türkiyədən asılı olmalıdır.

 

Türkiyənin məqsədinin Ermənistana qoşun yeritmək olduğunu bildirən erməni ekspert bunun geri qayıdan azərbaycanlı qaçqınların təhlükəsizliyini təmin etmək bəhanəsi ilə ediləcəyini düşünür: “Ankara özünü İrəvana neytral ölkə kimi özünü göstərmək üçün “yumşaq güc”dən istifadə etməlidir. Ermənistanda türk etnik varlığı gələcəkdə ölkənin daxili işlərinə qarışmaq üçün bəhanə yarada bilər”.

 

Poqosyan əmindir ki, Ermənistanın seçdiyi formatda Qərblə əməkdaşlıq Rusiya Federasiyasının əks tədbirlərinə səbəb olar və Ermənistanı yeni çağırışlar qarşısında qoyar.

 




Ana səhifəyə qayıt        Baxış: 5 982          Tarix: 23-03-2023, 10:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma