Xəbər lenti


 

Ukrayna böyük hücuma hazır deyil, amma başqa seçimi də yoxdur. Qərb müttəfiqləri onu ancaq irəli “itələyirlər”.

 

Ovqat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times qəzeti yazır.

 

Nəşrin iddiasına görə, Kiyev rejimi Qərbin tədarük edə biləcəyindən daha çox sursat işlədir və bununla bağlı böyük problemlər yarandığından əslində əks-hücum əməliyyatına hazır deyil. 

 

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Ukraynalılar döyüşə müsbət yanaşır” deyib. Reallıq isə çox güman ki, fərqlidir. Ukrayna nazirinin sözlərinə görə, hər şey hava şəraitindən, “Allahın iradəsindən” və komandirlərin qərarından asılıdır.

 

Britaniya zabitləri də bildiriblər ki, onların ukraynalı həmkarları əks-hücum etmək üçün kifayət qədər ciddidirlər. Müşahidəçilərin fikrincə, ABŞ kəşfiyyatının sızdırılmış hesablamaları Kiyev rejiminin “təvazökar ərazi qazancı”ndan başqa heç nə əldə edə bilməyəcəyini göstərir. Bununla belə, “The Times” vurğulayır ki, Zelenskinin bu hücumu həyata keçirməkdən başqa çarəsi yoxdur. Nəşrin yazdığına görə, Ukrayna hakimiyyəti qərb tərəfdaşlarının daimi təzyiqləri səbəbindən dayanıb.

 

Müşahidəçinin fikrincə, Kiyev rejiminin başçısı Qərbli müttəfiqlərindən çoxlu hərbi və maliyyə yardımı tələb edib. İndi isə Zelenski Qərb vəsaitlərini istəməkdə haqlı olub-olmadığını nümayiş etdirməlidir.

 

Nəşrin bildirdiyinə görə, Ukrayna qırıcıları bir ayda Amerikanın bir ildə istehsal etdiyi 155 millimetrlik mərmidən daha çox sursat istifadə edir. Qərb də bu tələbatı çatdırmaq üçün yeni istehsal obyektlərinə sərmayə qoyur, lakin bu, aylar və ya illər tələb edir. Kiyev rejiminin isə onları gözləməyə səbri çatmır.

 

“Kiyev bütün hallarda hücum edəcək və böyük ehtimalla, cənubdakı Melitopol şəhəri kimi iddialı hədəfi ələ keçirməyə çalışacaq. Bununla da Krımla Rusiya arasında quru körpüsünü kəsəcək, avtomobil və dəmir yolu qovşağını hədəf alacaq. Moskva bunu bilir və “çoxdan gözlənilən hücumu” tam dəf etməyə hazır olacaq”, - “The Times” iddia edir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 414          Tarix: 1-05-2023, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma