Xəbər lenti

“Nemesis” abidəsi məsələsi Ermənistan Milli Assambleyasının sədri Alyona Simonyan və Türkiyə parlamentinin sədri Mustafa Şentop arasında müzakirə mövzusu olub”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, QDİƏT Parlament Assambleyasının Ankarada keçirilən sammitində iştirak edən hakim “Vətəndaş sazişi” partiyasının üzvü Babken Tunyan bəyan edib.

Tunyanın sözlərinə görə, Türkiyə tərəfi onlara “ikitərəfli münasibətlərin normallaşdırılması səyləri fonunda Ermənistanda belə abidələrin niyə açıldığını” soruşub.

“Simonyan cavab verdi ki, münasibətləri normallaşdırmaq istəyi varsa, belə hadisələr maneə ola bilməz”, - deyə Tunyan bildirib.

Abidənin gələcək taleyinə gəlincə, deputat bu suala cavab verə bilməyəcəklərini qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 212          Tarix: 10-05-2023, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma