Xəbər lenti

“Nikol Paşinyan erməni xalqını ardıcıl olaraq diaspordan məhrum buraxır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalifətdə olan Respublika Partiyasının sədr (Serj Sərkisyan-red.) müavini Armen Aşotyan öz Telegram kanalında yazıb.

Aşotyan öz arqumentlərini bu cür sıralayıb:

“1. Nikol Serj Sarkisyanın dövründə yaradılmış Diaspor nazirliyini ləğv edib və yalnız özünə xidmət edən nümayəndəlik yaradıb.

2. İnsanları “keçmiş-hazırkı”, “qara-ağ”lara bölmək 2018-ci ildən diaspora da sirayət edib.

3. Ermənistan səfirlikləri diasporu milli gündəm ətrafında birləşdirmək əvəzinə, Nikola sədaqət meyarına görə bölməyə başladılar.

4. Bir sıra diaspor nümayəndələrinin Ermənistana girişi qadağan edilib.

5. Qarabağ məsələsinin milli prioritetləri və “erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması davamlı olaraq heç bir siyasi əhəmiyyəti olmayan digər “humanitar-mədəni” məsələlərlə əvəz olunmağa başlanıb.

6. Paşinyan açıq şəkildə Ermənistan Respublikasını diaspora qarşı çıxarıb.

7. Bütün bunlar həm də erməni milli gündəminə isterik münasibət bəsləyən fiqurların və çevrələrin gündəminə uyğun həyata keçirilib.

8. Şəffaflığın olmaması və hakimiyyət tərəfindən 44 günlük müharibə zamanı diaspor tərəfindən verilən nəhəng maliyyə dəstəyinin faktiki israf edilməsi Ermənistan dövləti ilə diaspor arasındakı münasibətlərin mənəvi və psixoloji ölçüsünə ciddi zərbə vurub.

9. Nikol diaspor daxilində daxili parçalanma yaradır".




Ana səhifəyə qayıt        Baxış: 3 660          Tarix: 11-05-2023, 18:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma