Xəbər lenti

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Putinin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək qərarını (prezidentin bəyanatlarının əksinə olaraq) müsbət adlandırıb. Onun sözlərinə görə, Moskvanın təşəbbüsləri “vətəndaşların həyatını, səyahətini və biznesini asanlaşdıracaq”.

Gürcüstan müxalifəti isə qəzəblidir. “Biz qəti şəkildə bu mövqeyə qarşıyıq. Aİ-dən uzaqlaşma və Rusiya ilə yaxınlaşma milli maraqların satışıdır”.

Musavat.com xəbər verir ki, bu sözlər baş nazirin keçmiş müavini Georgi Baramidze tərəfindən Rusiyanın müxalifyönlü teleqram kanallarına verdiyi müsahibədə səslənib. O və digər ekspertlər Gürcüstanın Kremlə doğru yol aldığını bildiriblər.

Onların fikrincə:

1.Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etmir. Mayın 11-də hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Rusiyaya qarşı birbaşa sanksiyaların tətbiqinin öz ölkəsi üçün cəza olacağını bildirib.

2. Hakimiyyət Ukraynaya kömək etmir və Zelenskini pisləyir, həmçinin Ukrayna tərəfində vuruşan könüllülərini ləkələyir, ailələrini şantaj edir.

3. Hakim partiya Avropa Birliyinə inteqrasiya üzərində çalışmır, AB-yə daxil olmaq üçün zəruri 12 tövsiyəni yerinə yetirmir, Avropa dəyərlərindən və siyasətindən hər cür uzaqlaşır.

4. Mixail Saakaşvili həbsdədir. Bunun fonunda Marqarita Simonyan Gürcüstanı tərifləyir: “Bizim “sülhməramlılarımıza” hücum edən prezidenti gürcülər özləri həbs edib, sanksiyalara qoşulmayıblar, ikinci cəbhə açmayıblar”.

5. Rusiya müxalifətçilərinə mütəmadi olaraq ölkəyə giriş qadağan edilir. Bunu “Azad Rusiya” Fondunun Cənubi Qafqaz üzrə nümayəndəsi Yeqor Kuroptev deyir. Hətta əvvəllər Gürcüstanda yaşayanlar belə qadağalar alırlar. Lyubov Sobol, Dmitri Qudkov, İlya Azar kimi müxalif nümayəndələrin Gürcüstana buraxılmasına icazə verilməyib.

“Gürcüstan rəhbərliyi Rusiyadan böyük pul qazanır və ona mane olmaq istəmir. Sanksiyalara görə, Avropadan Rusiyaya satıla bilməyən hər şey Gürcüstan vasitəsilə göndərilir”, - deyə politoloq Gela Vasadze bildirib.

Georgi Baramidzenin sözlərinə görə, Gürcüstan hökumətinin əsl rəhbəri Bidzina İvanişvili Milli Bankın qadağasına rəğmən, “Mir” kartlarının Gürcüstanda rahat işləməyə başlamasını təmin edə bilib.

İvanişvili “Qazprom”da 1% paya sahib olub. “O, hələ də əsas özəl səhmdar sayılır”, - deyə Baramidze Bidzina İvanişvilini rusiyayönlü oliqarx adlandırıb.

Ekspertlərin ümumi rəyinə görə, Rusiyanın İvanişvili üzərində böyük təsir rıçaqları var.




Ana səhifəyə qayıt        Baxış: 3 198          Tarix: 12-05-2023, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma