Xəbər lenti

"Ermənistanın Rusiyadan lazımi silahları almaması hakimiyyətin zəifliyini nümayiş etdirir".

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin müxalif “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, Rusiya onilliklər ərzində Ermənistan qarşısında silahla bağlı öhdəliklərini layiqincə yerinə yetirib, indi isə belə deyil.

Bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan “Novaya qazeta Europe” nəşrinə müsahibəsində bəyan etmişdi ki, Ermənistan yeni mexanizmlər və silah təchizatı axtarır. Onun sözlərinə görə, Rusiya Ermənistana vəd etdiyi silahları təhvil vermir.




Ana səhifəyə qayıt        Baxış: 4 634          Tarix: 15-05-2023, 15:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma