“Rusların Kaxovka SES-i sıradan çıxarmaqda məqsədi tədricən bəlli olur. Öz itkilərini və məhdud ehtiyatlarını nəzərə alaraq, Ukraynanın müxtəlif istiqamətlərdə hücumunu cilovlaya bilməycəklərini anlayan Rusiyanın işğalçı qüvvələri komandanlığı Silahlı Qüvvələrimizin mümkün aktiv fəaliyyət coğrafiyasını “daraltmaq” qərarına gəlib”.
Ovqat.com-un məlumatına görə, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar özünün Telegram səhifəsində paylaşdığı bəyanatında bu barədə bildirib.
“Mövcud məlumata görə, düşmən Xerson istiqamətindən özünün ən döyüş qabiliyyətli hissələrini, ilk növbədə dəniz piyadaları, hava-desant qoşunları və 49-cu ordu hissələrini hərəkətə gətirib”, - yazan Malyarın fikrincə, Kaxovka SES-in dağıdılması Ukrayna Müdafiə Qüvvələrinin Xerson istiqamətində hücumunun qarşısını almaq və onların “Zaporojye və Baxmut istiqamətlərinə göndərilməsi üçün lazımi ehtiyatlarını buraxması” məqsədi ilə həyata keçirilib.
“Rusiya rəhbərliyi Kaxovka SES-i məhv etməklə, Ukrayna Müdafiə Qüvvələrinin qüvvə və resurslarının bir hissəsini texnogen fəlakəti aradan qaldırmağa yönəltməyə çalışır, bununla da Rusiyanın Xerson rayonunun sol sahilindəki işğal olunmuş ərazilərdən təmizlənməsini qeyri-mümkün hala gətirib”, - Malyar deyb.
Paylaş: