Xəbər lenti

Bu gün səhər saatlarından Ermənistan terrorçuları mövqelərimizə minomyotlarla atəş açıblar. Ordumuzun cavab atəşi nəticəsində erməni əsgərinin yaralandığı bildirilir.

Musavat.com xəbər verir ki, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti bu barədə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələrinin Tex rayonu ərazisini atəşə tutulması nəticəsində Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Qeyd edək ki, ermənilərin şərti sərhəddə təxribatları davam edir. Ordumuz düşmənin bütün təxribatlarının qaşısını alıb. 




Ana səhifəyə qayıt        Baxış: 3 294          Tarix: 15-06-2023, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma