Xəbər lenti

İsraildə baş nazir Binyamin Netanhayunun həyata keçirməyi planlaşdırdığı məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinə qarşı etirazlar davam edir.

Musavat.com xəbər verir ki, hökumət əleyhinə şüarlar səsləndirən on minlərlə insan paytaxt Təl-Əvivdən Qüdsə doğru yürüş ediblər. İsrail bayraqları ilə yürüş edən etirazçılar yolları bağlayıb və məhkəmə islahatlarının ləğvini tələb ediblər.

İsraildə ordu, polis və MOSSAD liderləri də daxil olmaqla minlərlə təhlükəsizlik rəsmisi Netanyahuya səsverməni ləğv etmək və bunun əvəzinə razılaşdırılmış islahatları müzakirə etmək üçün açıq məktub göndərib.

Məktubda deyilir: "Qanun İsrail cəmiyyətinin paylaşdığı şeyləri əzib, insanları bir-birindən ayırır, İsrail Müdafiə Qüvvələrini parçalayır və ölkəmizin təhlükəsizliyinə ölümcül zərbələr endirir".

İyulun 4-də İsraildə Konstitusiya Komissiyası məhkəmə hakimiyyətinin hökumət üzərində nəzarətini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.

Digər tərəfdən, layihənin iyulun 24-də parlamentdə yenidən səsə qoyulacağı gözlənilir. İsrail hökumətinin fikrincə, məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsi hakimiyyət qollarını balanslaşdırmaq üçün yaradılıb, çünki məhkəmə həddindən artıq müdaxilə edib.

İsrail prezidenti İsaak Hersoq və ABŞ-ın etiraz etdiyi mübahisəli məhkəmə islahatına Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması, qanunverici orqanın məhkəmə qərarlarını keçərsiz hesab edə bilməsi və məhkəmənin hakimlərin seçimi üzərində təsirinin azaldılması daxildir. İsrailin yazılı Konstitusiyası olmasa da, Ali Məhkəmə ən yüksək məhkəmə orqanı kimi çıxış edir. İsraildə dövlətin fəaliyyəti, onun idarə olunması, insan hüquq və azadlıqları ilə bağlı əsas qanunlar var.




Ana səhifəyə qayıt        Baxış: 3 010          Tarix: 23-07-2023, 09:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma