Xəbər lenti

“Ermənistanda müxalifət bulanıq suda balıq tutmaqla məşğuldur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından deputat Tsovinar Vardanyan parlament tribunasından danışıb.

Vardanyan konkret ad çəkmədən müxalifət deputatını hakimiyyəti zorakılıqla dəyişməyə çağırmaqda ittiham edib. “Siz kimin qanı ilə hakimiyyət dəyişikliyinə nail olmaq niyyətindəsiniz? Əslində, Ermənistan vətəndaşları sizin öz maraqlarınızı təbliğ etmək və məqsədlərinizi həyata keçirmək üçün sadəcə bir qaynaqdır”,-deyə o, söyləyib.

Hakim partiyanın deputatı müxalif həmkarını dediyi sözlərin məsuliyyətini daşımamaqda suçlayıb.

Xatırladaq ki, Ermənistan parlamentində müxalif “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyan Paşinyanı “müdriklik nümayiş etdirməyəcəyi halda qanla devirəcəkləri” ilə hədələyib.




Ana səhifəyə qayıt        Baxış: 4 391          Tarix: 12-09-2023, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma