Xəbər lenti

 

II Qarabağ döyüşləri bitəndən sonra məlum olmuşdu ki, starteji müttəfiqi Rusiya Ermənistana əməlli-başlı atıb. İrəvana bəzi qırıcı təyyarələr satsa da, onların ata biləcəkləri mərmilər verməmişdi və verməyəcəkdi də. Çünki bu mərmilər yalnız rus ordusu üçün istehsal olunurmuş. 

 

Daha sonra Paşinyan ikinci bir sensasiyalı açıqlamalarla ortalığı qarışdırmışdı. O bildirmişdi ki, Rusiya növbəti dəfə hərbi anlaşmaları pozub. Ermənistandan artilleriya silahları üçün külli miqdarda pul alsa da, ona bu silahları çatdırmayıb. İrəvanda məcbur olub özünə başqa silah tədarükçüsü axtarır.

 

Ovqat.com-un məlumatına görə, Paşinyan yeni strateji müttəfiqini Hindistanda tapmışdı. Dərd burasındadır ki, yeni müttəfiq də atmaqlıqda Rusiyadan geri qalmayıb

 

Hər halda, bu iddianı  Ermənistanın “Joxovurd” qəzeti irəli sürür.

 

Nəşr yazır ki, Ermənistan Respublikasının Müdafiə Nazirliyi ilə Rusiyanın “Smerç” tipli raketlər istehsal edən zavodu “NPO Splav” ASC arasında müqavilə bağlanıb. Zavod pul alır və Ermənistana lazım olan raketləri istehsal edir.

 

Daha sonra Ermənistan Müdafiə Nazirliyinə xəbər göndərir ki, mallar təhvil verilməyə hazırdır və Müdafiə Nazirliyi malların qəbulu üçün mütəxəssisləri göndərsin.

 

 “Bir il üç aydan sonra Ermənistan tərəfi məhsulları geri ala bilməyib. Malları almaq üçün NPO Splav ASC-nin zavodu üç dəfə Moskva vilayəti ilə əlaqə saxlayır ki, mallarını mümkün qədər tez götürsünlər, çünki bu ölçülü mallar anbarlarda uzun müddət qala bilməz. Dəfələrlə edilən müraciətlərdən sonra Ermənistan Müdafiə Nazirliyi yüklərin daşınmasını təşkil etmir. Sonra Rusiya-Ukrayna müharibəsi başlayır və Rusiya bu raketlərdən istifadə edir. 

 

Hərbi vəziyyətə baxmayaraq, Rusiya Ermənistan Müdafiə Nazirliyinə bildirir ki, buna baxmayaraq, Ermənistan-Rusiya dostluq münasibətlərini nəzərə alaraq, mallar partiyalarla tədarük ediləcək.

 

Onu da öyrəndik ki, 2020-ci il müharibəsindən sonra Rusiya Ermənistana 1 milyard dollar və 400 milyon dollar dəyərində silah və sursatı 20 illik kredit ödəmə müddəti ilə təklif edib və verməyə hazırdır.

  

400 milyon ABŞ dolları məbləğində müqavilə artıq təsdiqlənmişdi və imzalanmağa hazır idi və iki ölkənin hökumətləri və maliyyə nazirliklərinin 1 milyardlıq müqaviləni təsdiq etməsinə bir neçə gün qalmışdı.

 

Lakin birdən Ermənistan bu razılaşmalardan imtina edir.

 

Əvəzində Hindistanın özəl şirkətləri ilə müqavilələr bağlanır və həmin şirkətlərə birdən-birə 500 milyon ABŞ dolları köçürülür, lakin bu məhsulun heç 5 faizi hələ də alınmayıb. Nə qiymətlər, nə də keyfiyyət nəzərə alınmayıb və müqayisə edilməyib.

 

Məlumata görə, alış üç dəfə baha başa gəlir.

 

“Joxovurd” qəzeti şərh üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət edərək, nazirlikdən isə sualı yazılı şəkildə göndərməyi xahiş ediblər.




Ana səhifəyə qayıt        Baxış: 5 274          Tarix: 22-09-2023, 11:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma