Xəbər lenti


 

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Dnepr çayının sol sahilində əməliyyatlarını davam etdirir və çaydan 3-8 km. uzaqlığa qədər irəliləməyə nail olub. 

 

Ovqat.com-un məlumatına görə, Ukrayna Ordusunun Cənub Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Natalya Qumenyuk rəsmi açıqlamasında bu barədə bildirib.

 

O qeyd edib ki, əldə olunan bu uğur rus işğalçılarının minaatan ekipajlarının atdığı mərmilərin çayın sağ sahilə çata bilməməsinə şərait yaradır.

 

"İrəliləyişimiz sol sahilin spesifik coğrafiyasından və landşaft dizaynından asılı olaraq 3 ilə 8 kilometr arasında dəyişir. Minaatan ekipajları artıq sağ sahilə çatmır və buna görə də artıq qeyd edə biləcəyimiz müəyyən nailiyyətlərimiz var", - Qumenyuk bildirib. .

 

Məlumata görə, noyabrın 17-də Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Xerson vilayətinin Dnepr çayının sol sahilində hərbi əməliyyatların aparılmasını rəsmən təsdiqləyib. Bir sıra uğurlu hücumlar nəticəsində ukraynalı əsgərlər sol sahildə bir neçə platsdarm qura və orda möhkəmlənə biliblər. 

 

Ukrayna Baş Qərargahının məlumatına görə, son sutka ərzində rus işğalçıları xeyli itki veriblər. 24 saat ərzində öldürülən rus əsgərlərinin sayı 1190 olub. Rusiyanın indiyə qədərki canlı itkisi 318 570-ə çatıb. 

 

Digər itkilər:






Ana səhifəyə qayıt        Baxış: 4 927          Tarix: 19-11-2023, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma