Xəbər lenti

Ermənistanın yüksək texnologiyalar naziri Robert Xaçatryan vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bu barədə hökumətdəki mənbələr bildirib.

Onun vəzifəsindən azad edilməsinin səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, R.Xaçatryan dekabrın 18-də Ermənistanda Rusiya telekanallarının yayımının qadağan edilməsi məsələsinin müzakirə olunmadığını demişdi.

Daha əvvəl Ermənistan KİV-i hakimiyyətin R.Xaçatryanı nazir vəzifəsindən azad etmək niyyətində olduğunu yazmışdı.

O, 2022-ci il aprelin 27-də nazir təyin edilmişdi.




Ana səhifəyə qayıt        Baxış: 2 731          Tarix: 29-12-2023, 23:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma