Xəbər lenti

Ermənistanın “Fly Arna” aviadaşıyıcısı əməliyyat dəyişiklikləri ilə əlaqədar uçuşları dayandırıb.

Bu barədə aviaşirkətdən məlumat yayılıb.

“Fly Arna” aviaşirkətinin uçuşları davam edən əməliyyat dəyişiklikləri səbəbindən hazırda dayandırılıb. Aviaşirkət sərnişinlərə xidmətlərin sürətlə bərpası üçün çalışır”, - məlumatda deyilir.

Qeyd edək ki, “Fly Arna” 2021-ci ilin sentyabrında təsis edilib. O, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistanın Dövlət Maraqları Fondu tərəfindən təsis olunub. Aviaşirkət Rusiyaya uçuşlar həyata keçirib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 887          Tarix: 29-01-2024, 22:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma