Xəbər lenti

“Ermənistan müstəqil şəkildə “Zvartnots” hava limanını mühafizə edə bilər”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Erməni nazir bildirib ki, ölkəsi müstəqil şəkildə paytaxtın “Zvartnots” hava limanında sərhəd mühafizəsini həyata keçirə bilər və bunun üçün Rusiyanın köməyinə ehtiyac yoxdur.

“Hazırda sərhəd xidmətini müstəqil həyata keçirmək üçün institusional imkanlar var və biz bu barədə Rusiya tərəfini məlumatlandırmışıq”, - XİN başçısı əlavə edib.

Mənbə: Erməni XİN




Ana səhifəyə qayıt        Baxış: 3 111          Tarix: 7-03-2024, 15:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma