Xəbər lenti
6-09-2024, 16:12

Arxiyepiskop Baqrat Qalstanyan hazırda İrəvandakı Uşaq Parkında gənclərlə görüş keçirir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, dünən o, Kirants və Əskipara kəndlərinə gedib.

Daha sonra isə keşiş İrəvana qayıdaraq, Qarabağ separatçılarının hələ də ləğv edilməmiş “nümayəndəliyi”nə baş çəkib və xidməti avtomobili İstintaq Komitəsi tərəfindən həbs edilən Samvel Şahramanyanla görüşüb.

B.Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatı sabahdan etibarən yeni formatda mitinqlərə başlayacağını elan edib.




Ana səhifəyə qayıt        Baxış: 2 965          Tarix: 22-06-2024, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma