Xəbər lenti

Ermənistanın Fələstin dövlətini tanımasına, nəhayət, İran da reaksiya verib.

Axar.az xəbər verir ki. bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sübhani danışıb.

O bildirib ki, İran Ermənistanın Fələstin dövlətini tanımasını və Fələstin xalqına yardım göstərməsini alqışlayır:

“Ermənistanın atdığı bu cəsarətli addım beynəlxalq ictimaiyyətin Fələstin xalqının hüquqlarına əhəmiyyət verdiyini və bu hüquqların pozulmasına qarşı olduğunu nümayiş etdirir”.

Sübhani Fələstini və xalqını dəstəkləyən ölkələrin həqiqətin tərəfində olduğunu vurğulayıb.

Qeyd edək ki, Ermənistan Fələstin dövlətini 21 iyunda tanıdığını elan edib. Bu açıqlamadan dərhal sonra Türkiyə XİN Ermənistanı alqışladığını bildirib, hətta Prezident Ərdoğan da İrəvanın bu qərarına şəxsən münasibət bildirib. Bunun ardınca demək olar ki, bütün ərəb ölkələri Ermənistanın qərarına müsbət münasibətlərini açıqlayıblar.

Hər zaman Fələstini dəstəklədiyini deyən və Ermənistanla yüksək əlaqələr qurmuş İranın rəsmi İrəvanın bu qərarına heç bir reaksiya verməməsi, yalnız bir həftədən sonra səfir səviyyəsində “alqışladığını” bildirməsi isə qətiyyən birmənalı qarşılanmır. Bəzi müşahidəçilərin fikrincə, Ermənistanın bu qərarı 18 iyunda Paşinyanın Ərdoğanla telefon danışığından sonra elan etməsi İranda qıcıq yaradıb. Belə ki, İran Fələstindən siyasi ambisiyaları üçün istifadə edib və hazırda “qardaş ölkəsi” Ermənistanın Türkiyənin təsiri ilə belə bir qərar verməsindən narazı qalıb. Çünki İran üçün əsas olan Fələstin yox, Fələstin üzərindən apardığı siyasətdir.




Ana səhifəyə qayıt        Baxış: 3 915          Tarix: 28-06-2024, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma