Xəbər lenti

İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

Axar.az xəbər verir ki, bunu ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami bildirib.

12 058 843 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 5 354 000 səslə növbəti dəfə liderlik edir. Onun ardınca 4 875 269 səslə Səid Cəlili ikinci, Məhəmməd Bagir Qalibaf 1 620 628 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 95172 səslə dördüncü sırada qərarlaşıb.

***

İranın sabiq səhiyyə naziri, “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 19 milyon səsin hesablanmasına görə, öndədir.

Bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün İslami deyib.

M.İslami bildirib ki, 58 min seçki məntəqəsindən 47,6 minində bülletenlər hesablandıqdan sonra Məsud Pezeşkian 8,3 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 7,18 milyon, İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf 2,67 milyon və sabiq təhlükəsizlik rəsmisi Mustafa Purməhəmmədi isə 158 min səs toplayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 592          Tarix: 29-06-2024, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma