Xəbər lenti

Yeni Konstitusiyanın yazılması üçün yaradılan Konstitusiya Şurası uzun fasilədən sonra dünən növbəti iclasını keçirib. Onlar yeni Konstitusiya məsələsini və xüsusilə onun modeli məsələsini müzakirə ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazır.

“Xatırladaq ki, Azərbaycan Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edir və bu tələbi yerinə yetirən Nikol Paşinyan partiya yoldaşı Arusyak Culhakyanın əli ilə bu məsələni şuranın gündəliyinə daxil edib.

Culhakyan şura üzvlərinin çoxsaylı suallarına cavab olaraq şəxsən konstitusiyaya dəyişikliklərin edilməsini istədiyini söyləyib. Bundan başqa, o, Konstitusiyanın preambulasının dəyişdirilməsinin qətiyyən əleyhinə olmadığını da gizlətməyib ”,- deyə "Hraparak" qeyd edir.




Ana səhifəyə qayıt        Baxış: 3 590          Tarix: 19-07-2024, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma