Xəbər lenti

İran parlamentinin 12-ci çağırış deputatı, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı (NS) əldə etdiyini təxmin edib.

Oxu.Az xəbər verir ki, bu barədə İranın "Khabar-e Online" agentliyi məlumat yayıb.

Siyasətçi bu qənaətə İran hakimiyyətinin İsrailə və ABŞ-nin İraqdakı bazasına hücumu zamanı əminliyinə əsaslanıb.

"Deyəsən, İran nüvə silahı əldə edib, buna görə də İsrail ərazisinə və ondan əvvəl İraqın Ayn əl-Əsəddəki ABŞ bazasına hava hücumu həyata keçirə biləcəyinə belə əmin idi", - Ərdəstani bildirib.

O, aydınlaşdırıb ki, İranın həqiqətən də nüvə silahı istehsal edə bildiyinə tam əmin olmaq olmaz, lakin Tehran alimləri dəfələrlə bu silahı yaratmağa çox yaxınlaşdığını bəyan ediblər. Buna cavab olaraq ABŞ və Avropa hökumətləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İrandakı nüvə fəaliyyətlərini daim izləməsində israrlıdırlar.

Xatırladaq ki, bundan əvvəl İranın prezidenti Məsud Pezeşkian demişdi ki, Qərb İranın dinc nüvə proqramı ətrafında qəsdən böhran yaradıb və Tehran Vaşinqtonu yanaşmasını dəyişməyə çağırır.




Ana səhifəyə qayıt        Baxış: 3 422          Tarix: 4-08-2024, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma