Xəbər lenti

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Nikşəhr şəhərində məktəbdə keçirilən şənlik mərasiminə silahlı hücum olub.

Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində İran ordusunun bir hərbçisi və iki yerli sakin həyatını itirib.

Digər hücum isə Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində baş verib. Belə ki, silahlı şəxslər avtomatdan polislərin olduğu avtomobili atəşə tutublar.

Hücum nəticəsində avtomobildə olan iki polis əməkdaşı həyatını itirib.

Hələlik İranın rəsmi dairələri silahlı insidenti şərh etməyib.




Ana səhifəyə qayıt        Baxış: 3 507          Tarix: 1-10-2024, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma