Xəbər lenti

İrəvanın Respublika meydanında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" müxalifət hərəkatının mitinqi keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qalstanyan bir müddət əvvəl Ermənistan vətəndaşlarını İrəvandakı mitinqə çıxmağa və mübarizənin yeni mərhələsinə qoşulmağa çağırıb.

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının artıq məyusluq, acizlik və müzakirə üçün vaxtı yoxdur.

Hərəkat lideri tərəfdarlarının Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına nail olacağına da əmin olduğunu bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 624          Tarix: Dünən, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma