Xəbər lenti

İranda təhlükəsizlik qüvvələri etirazçı təqaüdçülərə hücum ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Sosial şəbəkələrdə paylaşılan videoya görə, bu gün Tehranda təhlükəsizlik qüvvələri etiraza qalxan narazı təqaüdçüləri döyüblər.

Məlumata görə, polad sənayesi sahəsində çalışan təqaüdçülər etiraz aksiyası keçirərək "Şərəfsiz, şərəfsiz!" şüarını səsləndiriblər.




Ana səhifəyə qayıt        Baxış: 2 759          Tarix: 6-10-2024, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma