Xəbər lenti

"NATO-nun baş katibi Mark Rüttenin ABŞ Prezidenti Donald Trampı İrana zərbələrə görə təbrik etməsi iyrənc hərəkətdir".

Oxu.Az-ın məlumatına görə, bu barədə İslam Respublikası XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

"NATO-nun baş katibinin suveren bir dövlətə qarşı gerçəkləşdirilmiş açıq və cinayətkar təcavüz aktına görə təbrik ünvanlaması - rüsvayçı, iyrənc və tamamilə məsuliyyətsiz davranışdır", - deyə o bəyan edib.

Bəqai qeyd edib ki, ədalətsizliyi təsdiqləyən şəxs dürüst olmaqdan çıxır.

"Cinayəti dəstəkləyən şəxs isə iştirakçı hesab olunur", - deyə diplomat əlavə edib.

Xatırladaq ki, iyunun ortalarında İsrail İranın nüvə silahına yaxınlaşdığını əsas gətirərək hərbi əməliyyata başlayıb. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 906          Tarix: 25-06-2025, 18:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma