Xəbər lenti

 “Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə qarşı irəli sürdüyü siyasi tədbirlərin heç bir əsası yoxdur. Bu, hüquqa ziddir, dövlətin daxili işlərinə qarışmaqdır və bu, dövlətə qarşı siyasi təzyiq metodudur. Hesab edirəm ki, onların bu cəhdlərinin heç bir əhəmiyyəti olmayacaq. Türkiyə güclü dövlətdir. Türkiyədə xalqla dövlət rəhbərinin çox sıx birliyi var. Türkiyənin Azərbaycan kimi dostları var və Türkiyə heç vaxt təklənməyəcək”.

Ovqat.com Gununsesi.info-ya istinadən xəbər verir ki, bunu  Milli Məclisi (MM) Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev deyib.

O, eyni zamanda deyib ki,  Türkiyə öz inkişafını davam etdirəcək, demokratiyasını davam etdirəcək, dövlətçiliyini möhkəmləndirəcək.

“Bundan əvvəlki sanksiyalar zamanı olduğu kimi, Avropa dövlətləri Türkiyəyə qarşı səhv etdiklərini yenə də anlayacaq və zaman gələndə etiraf edəcək. Biz həmişə ədalətin, haqqın tərəfindəyik və bu gün də Türkiyəyə qarşı çıxanları pisləyirik və Türkiyənin yanındayıq” – deyə, M.Quliyev fikrini yekunlaşdırıb.




Ana səhifəyə qayıt        Baxış: 702          Tarix: 30-04-2017, 23:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma