Xəbər lenti
 Cənab, eks-prezident, sizi tanıyandan üzü buyana sizinlə olan görüşlərim zamanı çalışmışam ki, etika çərçivəsini aşmayım. Hər halda siz müəyyən müddət ölkəmizin başçısı olmusunuz, onu təmsil etmisiniz. Hətta bəzi konkret məqamlarda barənizdə qərəzli, uydurma, yalan, böhtan xarakterli yazılarda olan qondarmaların bildiyim həqiqət tərəfini yazıb, əsl həqiqətin oxuculara çatdırılması üçün imkanım daxilində əlimdən gələni etmişəm. Bu fikrimi minnət kimi qəbul etməyəcəyinizə inanmaq istəyərdim. Bu illərdə bildiyim, şahidi olduğum həqiqətləri kiminsə-nəyinsə xatirinə təhrif etməmişəm, kimlərsə tərəfindən də təhrif olunmasını qəbul etmirəm, bundan sonra da belə olacaq.
Sizin bundan əvvəlki (əsasən, ikinci dəfə hakimiyyətə qayıdış və ŞUŞA-nın işğalıyla bağlı) müsahibənizdəki bəzi məqamlara, konkret faktlarla aydınlıq gətirmişəm.  Moderator.az-a verdiyiniz müsahibənizdə də uydurmalara, o vaxtkı hərəkətlərinizə haqq qazandırmaq naminə, konkret, mənimlə bağlı məqamlarda, yumşaq desəm qeyri-dəqiqliyə yol vermisiniz. Müzakirə olunan hadisələr sıradan bir epizod olmayıb, bu günkü ağrılı-acılı taleyimizlə bağlıdır. Birinci müsahibənizin elə  başlığında "Mən necə rusun adamı oldum” deyib yaxanızı kənara kəçirsiniz. Sonra bütün müsahibənizin mahiyyəti  "elə birbaşa rusun adamı olduğunuzu" çılpaqlığı ilə ortaya qoyur.    
                                           
1.Siz 05.031992-ci il tarixdə parlamentdə istefaya getdiyinizi açıq yayımda bəyan edibsiniz. Əgər TƏZYİQ altında, sizi məcburi istefa verməyə məcbur edirdilərsə, cəsarətlə bunu bəyan edib, əsl həqiqəti xalqa bəyan edəydiniz. Həm canlı yayım gedirdi, həm də o vaxtkı parlamentin böyük əksəriyyəti sizin tərəfdarlarınızlardan ibarət idi. (misal üçün - Ziyad Səmədzadə, Hacı Əbdül, qardaşlıq Ağa Axundov, Hacı Seyfəl və s.).Həm onlara, həm də xalqa çağrış edəydiniz, amma etmədiniz, getdiniz.            
                                                                  
2. Xocalı faziəsindən sonra D.Q - da vəziyyətin gərginləşdiyi o ağır hərbi-siyasi durumda RF-dakı isti əlaqələrinizdən, öz yerinizə qoyub getdiyniz şəxsə köməklik göstərib, D.Q-da hadisələri respublikamızın xeyrinə dəyişmək imkanınızın olduğu məqamda, həmin müdrüklük zirvəsinə yüksələ bilmədiniz. Əksinə, həmin imkanlarınızla Şuşa-Laçın rayonlarının taleyini siyasi alver əşyasına çevirdiniz.(Yazdığıma   iradınız olsa ixtiyari redaksiyada vicdanlı, vətənsevər jurnalistlərin işlirakıyla Sizinlə debata hazıram) Özünüz də yaxşı bilirsiniz ki, istefaya getmiş dövlət başçısıyla RF-nın rəhbəri boş yerə ünsiyyət saxlamır.
3. Ayaz Niyazoviç, yəqin ki, 12.05.1992-ci il tarixdə, Prezident səlahiyyətlərini icra edən cənab Yaqub Məmmədovun xidməti kabinetindən (əski kabinetinizdən, nə səbəbdən ora gəldiyinizi özünüz də yaxşı bilirsiniz, bilənlər də var) çixanda "pryomnıda" o vaxtkı Şuşanın icra başçısı Nizami Bəhmənova dediyiniz, onun ibtidai istintaqa verdiyi ifadədə  öz əksini tapıb. Siz həmin vaxt Şuşa-Laçın rayonlarından R.F-nın köməkliyi ilə hakimiyyətə yenidən qayıtmaq üçün siyasi kart kimi istifadə edibsiniz!!!...          
                                                  
3.Həmin dövrdə Siz və sizin kimi hakimiyyətə gəlmək xatirinə bütün mümkün, qeyri-mümkün yollardan istifadə edən qüvvələrdən fərqli olaraq mən həmən o ağır, təlatümlü-faciəli siyasi fırtınaların şahə qalxdığı zamanda ölkədə hakimiyyətin yeganə legitim Müdafiə Naziri kimi həmin destruktiv qüvvələrlə təkbaşına mübarizə aparmaqla yanaşı, könüllü müdafiə batalyonlarından ibarət olan yenicə yaranmış MN-in son dərəcə zəif, hüceyrə halında olan (həmin vaxt bütün hərbi əmlakın rusların əlində cəmləşdiyini də nəzərdən qaçırmayın!) qüvvələrilə arxasında RF-nın dayandığı şərəfsiz ermənilərdən Şuşa-Laçını müdafiə etmək zorunda qalmışam. Hələ bu da az imiş kimi döyüş bölgələrindən, poliqonlarda döyüş təlimi keçən hərbi-hissələrdən beş min nəfərə yaxın silahlı döyüşçülər hakimiyyəti ələ keçirmək məqsədilə Bakıya gətirilib. Bütün bu yazdıqlarım həmin vahiməli dövrün acı həqiqətlərinin çox cüzi bir hissəsidir!
4. Çox uzatmaq istəmirəm. Cənab Mütəllibov, sizin əvvəlki müsahibənizdəki qeyri dəqiq, razılaşmadığım məqamlara kifəyət qədər açıq, savadı olan hər kəsin başa düşəcəyi tərzdə aydınlıq gətirmişəm. Bu  günkü müsahibənizdə dediklərinizdən elə çıxır ki, guya mən sizin B.Yeltsinin ünvanına işlətmədiyiniz "şezofrinik" kəlməsini özümnən uydurmuşam. Ayaz Niyazoviç, xatırladıram: siz, 1990-1991-ci ildə RF-na prezident sekciləri vaxt "PRAVDA" qəzetində M.Qorbaçovun namizədliyini dəstəkləməklə yanaşı ona xoş gəlmək xatirinə B.Yeltsini ŞEZOFRİNİK adlandırmısınız. Mən də Yeltsinlə söhbət zamanı yuxarıda qeyd etdiyim kimi də Yeltsinə demişəm. İkinci, mən Qraçovdan məni Yeltsinlə görüşdürməsini mütləq mənada xahiş etməmişəm. Əksinə, Qraçov mənim sizin hakimiyyətə qayıdışınızın qəti əleyhinə olduğumu bildikdən sonra mənə deyib: "Toqda tbe pridyotsy poqovorit Boris Nikolayeviçem, priçyom, obyazatelno!".
Cənab Mütəllibov, hələ illər öncə bu epizodu indi qeyd etdiyim kimi də sizə danışmışam. Və nəhayət, 14.05.1992-ci il tarixdə siz mənə yox, mən sizə Gəncədən telefon açmışam. Mənimlə sona qədər danışmağı məsləhət bilməyib, telefonu qapatmısınız, nəinki mənə Daşkəndə getmək göstərişi veribsiniz, belə bir göstəriş olmayıb, sizin belə göstərişinizə mənim ehtiyacım da yox idi. Bu dediyimə UCA ALLAH və həmin telefon danışığı vaxtı Gəncə qonaq evində yanımda olan şəxs şahiddir, bugün də sağ və salamatdır. Həmin şəxsə mən öncədən də demişdim ki, Ayaz Niyazoviç Daşkəndə getsə, mən MN-i vəzifəsindən istefə verəcəyəm. Doğrusu, mənim istefa verməyimə heç ehtiyac da qalmayacaqdı. Ona görə ki, planınız baş tutsaydı, özünüzlə Daşkəndə yeni MN-i təyin etməkdə qərarlı olduğunuz Ağa Axundovu aparacaqdınız. 
Cənab Mütəllibov, siz Azərbaycanın çağdaş tarixində varsınız. Allah xatirinə, hadisələri təhrif etməyin, düz danışın. Yaxşı olar ki, Moskvada yaşadığınız dövrdə yazdığınız "YEDDİ İLİN YETMİŞ ANI", "KÖRPÜDƏN SAHİLLƏR YAXŞI GÖRÜNÜR", "QARA BAĞ-ÇORNIY SAD" və digər sənədli romanlarınızdan parçalarla ağı-qaradan seçən XALQIMIZI da tanış edəsiniz. Onlardan mənə hədiyyə etikləriniz də hardasa məndə var, lakin mənim onları KİV-də açıqlamaq hüququm yəqin ki, yoxdur! Bütün dövrlərdə ən böyük biclik düzlük hesab olunub, yəqin ki indi də belədir!!! 
Rəhim Qazıyev (Moderator.az) 



Ana səhifəyə qayıt        Baxış: 949          Tarix: 10-05-2017, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma