"Ümumiyyətlə beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalı olaraq aydındır. Onlardan başqa mövqe gözləməyə bundan sonra da ehtiyac yoxdur". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bütün hərəkətləri, mövqeləri ilə ancaq Ermənistanın və xristian tərəfdarı olduqlarını göstərirlər: "Bəzən görürsən ki, bizim ekspertlər də xrsitian tərəfkeşliyindən danışırlar. Bunu açıq şəkildə demək lazımdır. Burada ayrı-ayrı dövlətlərin - ABŞ, Rusiya, Fransa və Avropanın və s. konkret regionda maraqları var. Onlar bu münaqişə vasitəsilə öz maraqlarını yerinə yetirməyə çalışırlar. Ona görə də bir neçə gün bundan qabaq Şuşanın işğalının 25 illiyi qeyd olundu, bu gün isə Laçının işğalının 25 illiyi qeyd olunur. Yəni bu, böyük bir tarixdir. Bu mənada hesab edirəm ki, beynəlxalq təşkilatlara bundan sonra ümid etməyə dəyməz. Azərbaycan özünün real və konkret müttəfiqlərini müəyyənləşdirməlidir. Beləcə müharibəyə başlamalıdır. Bunun başqa yolu yoxdur". Sia.az
Paylaş: