Xəbər lenti
Dünən, 19:25

 

Prezident İlham Əliyevin Xorvatiya Respublikasına səfəri qarşılıqlı münasibətlərdə yeni addım olacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərini şərh edərkən Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

Bu səfərin böyük əhəmiyyət daşıdığını deyən M.Qasımlı bildirib ki, Azərbaycan-Xorvatiya münasibətlərinin beynəlxalq hüquqi əsasları yaradılıb, ölkələr arasında siyasi, ticarət, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə geniş əməkdaşlıq var:

"Xorvatiyanın yerləşdiyi ərazi dünyanın mühüm geosiyasi yerlərindən biridir. Azərbaycan dövləti Balkan regionunda bir sıra layihələri həyata keçirir. Fikrimcə, cənab Prezidentin Xorvatiya Respublikasına səfəri qarşılıqlı münasibətlərdə yeni addım olacaq”.

Deputat əlavə edib ki, səfər çərçivəsində imzalanmış sənədlər ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaq: "Azərbaycan ilə Xorvatiya arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq".(trend)




Ana səhifəyə qayıt        Baxış: 507          Tarix: 8-09-2018, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma