Xəbər lenti
27-11-2024, 19:25

“Paşinyan dövlət idarəçiliyində heç vaxt iştirak etməyən birisidir, heç doğru-düzgün ali təhsili də yoxdur. Bu adamın heç məsləhətçiləri də yoxdur, çünki bu adamların heç biri onunla bir komandada iştirak etmək istəmirlər. Bunlar hamısı gözləmə mövqeyi tutublar, çünki gedişatın onları hara apardıqlarını bilirlər. 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən proseslər bu gün Ermənistanda yaşanır”.

Bu sözləri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında erməni baş nazirin BMT-dəki  bəyanatını şərh edərkən deyib. S.Novruzov əlavə etdi ki, bəzi ekspertlər Paşinyanın radikal bəyanatlarla Ermənistandakı parlament seçkilərini hədəflədiyini qeyd edirlər: “Amma mən heç inanmıram ki, Paşinyan parlament seçkilərinə gedib çatsın. Çünki onun nə iqtisadi, nə siyasi platforması var, hansı ölkələrlə münasibətlərin qurulması ilə bağlı aydın mövqeyə malik deyil. Konkret mövqeyi, istiqaməti yoxdur, Amerikaya, Rusiyaya yaxın olduğu bəlli deyil”.

S.Novruzov BMT tribunasından işğalçı siyasətinə haqq qazandıran Paşinyana ABŞ prezidenti və BMT baş katibinin normal münasibət bəsləməsinə də reaksiya verdi: “Dünyada təsdiqini tapmayan bir forma var ki, müxalifət iqtidara gəlirsə, guya burada hər şey demokratikdir. Onlar məhz bu prinsipi əldə rəhbər tutaraq o cür mövqe sərgiləyiblər. Söhbət ondan gedir ki, Ermənistanda insanlar Paşinyanı seçmək istəmirdilər. Onlar, sadəcə, köhnə idarəçiliklə yola davam etmək, korrupsioner, hərbi rejimin hakimiyyəti altında qalmaq istəmirdilər. Buna etiraz edirdilər, yoxsa Paşinyana dəstək vermək fikirləri yox idi. Ortaya kim çıxsaydı, ona səs verəcəkdilər, yaxud onu hakimiyyətə gətirəcəkdilər”.

 




Ana səhifəyə qayıt        Baxış: 587          Tarix: 28-09-2018, 16:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma