Xəbər lenti

“2019-cu ilin ortalarında Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubileyi qeyd olunur və Aİ bu tarixə qədər Azərbaycanla yeni saziş üzrə danışıqları yekunlaşdırmaq istəyir”.

Turan bildirir ki,  bu barədə cümə axşamı Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Kyastutis Yankauskas jurnalistlərlə görüşündə bildirib. Səfir qeyd edib ki, sazişin iqtisadi blokunda tərəflər xeyli irəliləyiş əldə ediblər. “Hələlik yeni sazişin adı yoxdur. Biz ilk növbədə mətni razılaşdırmağı düşünürük, sənədə sonra ad verərik”, – deyə o bildirib.

Tərəflər arasında müsbət məqam kimi o, viza prosedurları üzrə danışıqların başlanmasını göstərib: “Sentyabrda Aİ və Azərbaycan arasında viza və readmissiya məsələləri ilə bağlı danışıqlar aparılıb. İrəliləyiş əldə edilib, bu, dialoqun başlaması və viza prosedurlarının liberallaşdırılması məsələsi üzrə ilk addım olub”, deyə o bildirib

 




Ana səhifəyə qayıt        Baxış: 447          Tarix: 14-12-2018, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma