Xəbər lenti

 

Almaniyanın Tehrandakı səfirliyi ölkə Prezidenti adından İran rəhbərliyini İslam inqilabının ildönümü ilə əlaqədar təbrik edib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer isə teleqramın səhvən göndərildiyini təsdiqləyib.

Qeyd edək ki, 2019-cu ildə Almaniya Prezidenti İslam inqilabının 40 illiyi ilə əlaqədar İran rəhbərliyinə “səmimi təbrikləri"ni göndərib və Prezident Həsən Ruhaniyə rəsmi Berlinin nüvə sazişinin qorunması üçün əlindən gələni edəcəyini bildirib. Almaniya Yəhudilərin Mərkəzi Şurası Frank-Valter Ştaynmayeri bu təbrikə görə tənqid edib.

“Bu il Prezident Administrasiyası əvvəlcədən İran rəhbərliyinin ünvanına olan məktubun mətnini hazırlayıb. Həmin məktub Almaniyanın Tehrandakı səfirliyinə göndərilməli idi. Səfirlik Berlinin göstərişi olmadan onu ünvana göndərməməli idi. İranla gərgin münasibətlərin fonunda Ştaynmayer milli bayramla əlaqədar teleqramı göndərməmək qərarını verib, ancaq Tehranda almaniyalı diplomatlar tələsiblər və məktubu vaxtından qabaq göndəriblər”, - “Welt”qəzeti administrasiyadakı mənbəsinə istinadən vurğulayıb.

Daha sonra Almaniyanın İrandakı səfiri İran rəhbərliyinə teleqramın səhvən göndərildiyini bildirib. \\Report




Ana səhifəyə qayıt        Baxış: 496          Tarix: 10-02-2020, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma