Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Marianna Belenkaya
“Kommersant”, 09.06.2020
Suriya dövlət başçısı Bəşər Əsəd Cümə axşamı günü İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqirini qəbul edib. Bu ərəfədə Suriya və İran arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş barədə məlumat verilib. Müşahidəçilər bunu təkcə ABŞ-a və Suriyada İranın mövcudluğundan qurtulmaq istəyən İsrailə meydan oxuma ilə yanaşı, həm də bu ölkədəki Rusiya və Türkiyənin maraqlarına təhdid kimi qəbul ediblər.
İmzalanan sənəd “artan çağırış və təhdidlərə qarşı çıxmaq üçün” hərbi-texniki əməkdaşlıq və koordinasiyanın genişləndirilməsini əhatə edir. “Bu müqavilənin məqsədlərindən biri bəzi regional və beynəlxalq güclərin tətbiq etdiyi terrorizmlə mübarizəni davam etdirməkdir”.
Yeni müqavilənin hər iki ölkənin hərbi və siyasi rəhbərliyinə “Tehran və Şamın müdafiə qabiliyyətlərini inkişaf etdirməklə, istənilən xarici təcavüzə qarşı daha təsirli rol oynamasına” kömək etməsi də qeyd olunur.
Müqavilənin digər təfərrüatları açıqlanmayıb. Məhəmməd Baqirinin Çərşənbə axşamı günü Dəməşqə gəldiyi və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub və digər yüksək rütbəli hərbçilərlə apardığı danışıqlarda, digər məsələlərlə yanaşı, Suriyada qanunsuz yerləşdirilmiş bütün xarici qüvvələrin geri çəkilməsinə də toxunlub. Bu, Şam tərəfindən icazə verilməyən Türkiyə və Amerika hərbçiləridir.
Məhəmməd Baqirinin sözlərinə görə, imzalanmış saziş iki ölkənin “ABŞ-ın təzyiqləri qarşısında əməkdaşlıq etmək” iradəsini və qətiyyətini gücləndirir. O bildirib ki, “İran Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirəcək” və bu, İsrailin Suriya ərazisinə hücumlarını dəf edəcək.
İranlı qonaq təhlükəsizlik problemlərinin həllindən danışarkən, Türkiyəni də unutmayıb.
Suriyanın müdafiə naziri İranlaəməkdaşlığı strateji adlandırıb, ABŞ-ın sanksiyaları nəticəsində suriyalıların çəkdikləri əziyyətlərdən danışıb və İsraili “Suriyaya qarşı müharibənin fəal iştirakçısı” adlandırıb.
Rusiya ilə bağlı heç bir açıqlama verilməyib, lakin bu, ərəb mütəxəssislərinin İran-Suriya müqaviləsinin Rusiyanın Suriyadakı maraqlarına təsir göstərə biləcəyini qeyd etməyə mane olmayıb.
Qətərin “Əl-Qüds əl-Ərəbi” nəşri yazıb ki, İranın Baş Qərargah rəisi Tehranın ABŞ və ərəb ölkələrinə “Suriya rejimini laxlada bilməyəcəyinə”, habelə “Rusiyanın İran və Suriyanın arasını vurmaq cəhdləri”nə icazə verməyəcəyi barədə açıq bir siqnal” göndərib”.
Səudiyyə Ərəbistanın “Əl-Ərəbiyyə” telekanalının saytında Suriyadakı “Rusiya-İran fərqlərinin böyüməsi”ndən bəhs edilib.
“İran-Suriya müqaviləsi, ilk növbədə, ABŞ üçün problemdir. Tehran nümayiş etdirir ki, Dəməşqə qarşı sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, Suriya rejimi İrandan üz döndərməyib, əksinə, onunla münasibətləri genişləndirib”, – deyə Suriya müxalifətinin komandirlərindən biri – polkovnik Fateh Xasun” Kommersant”a bildirib. Onun fikrincə, ikinci mesaj Rusiyaya ünvanlanıb. “Tehran Əsəd rejimini Moskvadan daha çox idarə etdiyini göstərmək istəyir və bundan vaz keçmək niyyətində deyil”.
Polkovnik Xasun Suriya prezidentinin iki istiqamətdə – Rusiya və İranda məharətlə oynayaraq, Moskva ilə Tehran arasında ziddiyyətlər yarada biləcəyini vurğulayıb.
Rusiya ilə İran arasındakı Suriyaya dair rəqabət İsraildə də istisna edilmir. “Görünən budur ki, İran Suriyanın hava hücumundan müdafiəsinin uğursuzluğundan istifadə edərək, İsrailin hava hücumlarına müqavimətlə Suriya ordusuna təsirini genişləndirməyə çalışır”. Bunu İsrail Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun baş elmi işçisi, təqaüdçü briqada generalı Şlomo Brom bildirib. Onun fikrincə, İranın yardımının effektiv olması ehtimalı azdır, çünki suriyalıların istifadə etdiyi Rusiya hava hücumundan müdafiə sistemləri İranınkından çox üstündür.
Ekspert qeyd edib ki, İran ABŞ və İsraillə münaqişənin kəskinləşməsini və nüvə proqramı üçün artan təhdidləri nəzərə almalıdır.
Brom deyib: “Düşünmürəm ki, iranlılar Suriyaya kömək etmək üçün öz hava hücumundan müdafiə sistemini zəiflədə bilər, buna görə də, onların köməyi çox məhdud olacaq”.
“Saziş İsrailə, eləcə də Rusiyaya İranın Suriyadakı hərbi mövcudluğunu gücləndirmək qərarına gəldiyini göstərir”, – deyən digər bir İsrail mütəxəssisi, Herzliyadakı Fənlərarası Mərkəzin Siyasət və Strategiya İnstitutunun baş elmi işçisi, ehtiyatda olan polkovnik Udi Eventalın fikrincə, İran Baş Qərargahının Suriyanın hava hücumundan müdafiə sisteminin modernləşdirilməsinə verdiyi vurğu “Rusiyaya mesajdır ki, İsrailin Suriyadakı hücumlarına qarşı çıxsın və rusları Suriya silahlı qüvvələrinə “S-300” zenit-raket sistemlərini istifadə etmək hüquqlarını verməyə inandırsın”.
Udi Evental əlavə edib ki, İsrail Suriyada İranın hava hücumundan müdafiə sistemlərini birbaşa təhlükə kimi görür, çünki o, İsraillə müharibə edən Livan “Hizbullah”ına ötürülə bilər. Ekspert Rusiya hərbi qüvvələri ilə məlumat mübadiləsi olmayacağı təqdirdə, İran hava hücumundan müdafiə sistemlərinin İsrail təyyarələri üçün təhlükə olduğunu istisna etməyib.
Rusiyalı ekspertlər isə əksinə, Moskvanın İsrail və İran arasındakı münaqişəyə müdaxilə etmədiyini vurğulayırlar. “Rusiya və İranı dost və müttəfiq deyil, Suriyadakı konkret vəziyyətlə əlaqədar situasiya yolyoldaşıdır. Terror qruplaşmalarına qarşı mübarizədə hərbi məsələlərin həllində əməkdaşlıq edirik. Eyni zamanda, İsraillə İran arasındakı qarşıdurmadan, o cümlədən Suriya ərazisindəki qarışıqlıqdan mücərrədik və hava hücumundan müdafiə sistemlərimiz İsrailin Suriyadakı İran obyektlərə zərbə vurmasına mane olmur”. Bunu “Arsenal oteçestva” informasiya və analitik jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik Viktor Muraxovski “Kommersant”a bildirib.
Eyni zamanda, o, Suriyada İran bölmələrinin olmadığını vurğulayıb. “İran Suriyada yalnız öz müşavirləri – hərbi və texniki mütəxəssislər, habelə müxtəlif qruplar var. Yeni müqavilə, başa düşdüyüm kimi, vəziyyəti dəyişməz”.
Viktor Muraxovski İranın daha əvvəl Suriyanı hava hücumundan müdafiə sistemləri, avtomatlaşdırılmış idarəetmə mərkəzləri və radar sistemləri ilə təchiz etdiyini xatırladıb. “Onları Suriyanın arsenalına təhvil verirlər. SSRİ dövründə və sonralar biz etdiyimiz kimi. Onlar bizə mane olmurlar. Hərbçilərimiz Xmeymim və Tartusdakı bazaları qorumaq üçün öz işlərini görür və Suriya ordusu Aralıq dənizi sahillərini Suriyanın başqa hissəsindən ayıran silsilənin şərqində işləyir”, – deyə ekspert izah edib.
Onun sözlərinə görə, 2018-ci ilin sentyabr ayında İsrail hücumu zamanı Suriya hava hücumundan müdafiə qüvvələrinin Latakiya bölgəsində Rusiyanın “Il-20” təyyarəsini vurmasından sonra aydın bir ayrılma baş verib. “O vaxtdan bəri silsilənin qərbində bir dənə də olsun İsrail həmləsi olmayıb. Bundan əlavə, İsrail təyyarələri artıq Suriyaya dənizdən girmirlər ”, – deyə Viktor Muraxovski vurğulayıb.
O, əlavə edib ki, Rusiya və İsrail hərbi qüvvələri arasında hər hansı bir sürtünmə və ya qarşıdurma yoxdur: “Hərbi əməliyyatlar zamanı bəzi şikayətlər olub, amma bunlar cari məsələlərdir”.
“İranın hava hücumundan müdafiə baxımından təmin edə biləcəyi əsas kömək silah təchizatıdır. Suriyalıların özləri də son illərdə çoxsaylı hava hücumlarını nəzərə alsaq, təcrübəyə sahibdirlər. Hava hücumundan müdafiəni idarə etmək və əlaqələndirmək üçün kömək gözləməyə dəyməz, – Rusiya Xarici İşlər Şurasının eksperti İlya Kramnik bildirib. – İranlıların özləri bu məsələdə böyük problemlər var və bu, yanvar hadisəsində bir Ukrayna sərnişin təyyarəsinin Tehran üzərində vurulduqda sübut edilib.
Rusiyanın Suriyadakı İranla hərəkətlərini koordinasiya etmək çox şey tələb edir, ancaq bu günə qədər İranın hava hücumundan müdafiə fəaliyyəti zonamızla kəsişməyən ərazilərdən kənara çıxmır, heç bir problem olmamalıdır. Lakin Dəməşq və Tehran həm coğrafi baxımdan, həm də daha uzaqmənzilli sistemlərin təchizatı baxımından əməkdaşlığı genişləndirsələr, bu, suriyalıların hava hücumundan müdafiə qüvvələrinin komandanlığı və nəzarəti səviyyəsində potensial təhlükəli bir vəziyyətdir”.
Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar