Xəbər lenti


Daha öncə də məlumat verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü və dövlətini biabır etdi. Bundan əvvəlki, Davos forumunda, Münhen konfransında, MDB-nin dövlətlərarası və hökumətlərarası Aşqabad sammitində erməni baş nazirin rüsvayçılığına daha biri də əlavə olundu. Bu dəfə dünyaca məşhur BBC telekanalının HardTalk proqramında.
Ermənistanın hazırki vəziyyətini çox yaxşı təhlil edən verilişin aparıcısı Stiven Sakurun ilk sualı da məhz insanların Paşinyan hakimiyyətinə bəslədiyi ümidlərin puç olması ilə bağlı idi. Artıq 2 ildən çoxdur ki, məxməri inqilabla hakimiyyətə gəldiyini Paşinyana xatırladan aparıcı, bu iki ildə insanların sosial-iqtisadi problemlərinin həll edilmədiyini, əksinə daha da pisləşdiyini diqqətə çatdırıb.

Növbəti sual Qarabağla bağlı idi və burada aparıcı Nikol Paşinyanı provakasiyada suçladı.
Ard-arda müxtəlif tədbirlərdə, forumlarda və konfranslarda rüsvayçı duruma düşən Ermənistan hakimiyyəti nəhayət bunun səbəbini anlamalı və beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyi artıq öyrənməlidir. Əks təqdirdə belə nakautların sayı çox olacaq.
Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan BBC-nin məşhur "HardTalk" proqramının qonağı olub. O, aparıcı və verilişin müəllifi Stiven Sakurun sualları qarşısında aciz duruma düşüb və növbəti darmadağına məruz qalıb.

Musavat.com mövzunun aktuallığını nəzərə alıb, Real TV-nin məsələ ilə bağlı hazırladığı videomaterialı təqdim edir: 




Ana səhifəyə qayıt        Baxış: 2 891          Tarix: 16-08-2020, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma