Xəbər lenti


26-28 avqust tarixlərində Aralıq dənizində Fransa, İtaliya, Yunanıstan və Cənubi Kipr Silahlı Qüvvələrinin birgə hərbi təlimləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada Fransa ordusunun təlimlərə 3 döyüş qırıcısı və helikopterlərlə gücləndirilmiş freqatla qatılacağı bildirilib.

Türk mediası 4 dövlətin bu qərarını Türkiyəyə qarşı hədə kimi qiymətləndirib.



Ana səhifəyə qayıt        Baxış: 3 258          Tarix: 26-08-2020, 23:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma