Xəbər lenti
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
Ermənistanın hap-gopçu rəhbəri Nikol Paşinyan yenə “gül vurub”. Ermənistan baş naziri deyib ki, 2050-ci il üçün ölkə əhalisi 5 milyona çatmalıdır. “2050-ci ilə 1.5 milyon iş yeri də açılmalıdır”. Bunu da o ərz edib.
Xatırladaq ki, bayırda 2020-ci ildir. Qarabağ ixtilafı 30 ildir həll olunmamış qalır, Ermənistan iqtisadi blokadanın ağır nəticələri altında inildəyir. Ermənistan dövlətçiliyi kağız üzərindədir və bu tilsimi “sorosçu” baş nazir də üç ildir qıra bilmir. Bu yandan isə COVID-19-un yerdən qaldırıla bilinməyəcək fəsadları. Di gəl, Paşinyan səmalarda süzür, 30 il sonranın baxıcılığını edir. Yəqin indi Nostradamusun, kor Vanqanın qəbirləri tüstülənir.
Belə getsə, Nikol böyük arzuların virtual həzzindən qəşş edəcək! Adama deyərlər: axı sən iki il yarımda nə iş gördün, problemlər problemi Qarabağ ixtilafının həlli üçün hansı çətinliyə, risklə qatlaşdın ki, hələ bir 30 illik bundan sonrakı perspektivdən dəm vurursan?
Əlbəttə ki, Paşinyan növbəti blefini edir. Nağıl, mistika və yalan sevən öz doğma və bədbəxt millətinə növbəti şirin nağılını danışır, onun başı altına yastıq qoyur. Çünki az qala, uşaq da bilir ki, yaxın zamanlarda Qarabağ konflikti həllini tapmazsa, nəinki erməni əhalisi artmayacaq, Ermənistandakı olan-qalan ikiayaqlı haylar da yoxa çıxacaq.
Gerçək belədir ki, Dağlıq Qarabağ münaqişəsi ərzində Ermənistanın əhalisi azalıb və hazırda haradasa 2-2.5 milyon civarındadır.
Üç səbəbdən: müharibədəki canlı itkilər, doğum faizinin ölüm göstəricisini üstələməsi və xaricə kütləvi köçə görə.
Birinci səbəbi çıxaq, çünki müharibə müvəqqəti də olsa, dayanıb. Yerdə qalan ikisi düşmən ölkədə sosial-iqtisadi durumun və dolanışığın bilavasitə ağır olması ilə bağlıdır. Halbuki bu müddətdə Azərbaycan əhalisi artaraq 10 milyona çatıb. Demək, “qalib” Ermənistandan fərqli olaraq, “məğlub” Azərbaycanda güzəran, iqtisadi vəziyyət yaxşıdır, geriləmə və tənəzzül yoxdur, pis-yaxşı inkişaf gedib. Azərbaycan əhalisinin və dövlətinin gəlirləri çoxalıb.
Zatən Azərbaycanın xeyrinə olan aradakı böyük fərqli koronavirus pandemiyası bir daha təsdiqlədi. Onsuz da blokada şəraitində olan düşmən ölkədə sosial-iqtisadi vəziyyət o saat daha da ağırlaşdı, yaşamaq bahalaşdı, problemlər ikiqat, üçqat şəkildə qabardı. Azərbaycan dövlətinin virus və onun fəsadları ilə mübarizədə ciddi vəsaitlər ayırdığı, təzminatlar ödədiyi, hətta 30-a yaxın ölkəyə imkanı daxilində yardım göstərdiyi halda, Ermənistan əksinə, ÜST daxil, az qala bütün beynəlxalq qurumlar və varlı dövlətlərdən yardım dilədi, diləməyə davam edir.
Mövzudan uzaqlaşmayaq.
Məsələ də bundadır: Ermənistan bu minvalla bəyəm 2050-yə qalacaq ki, əhalisi də 5 milyona çatsın? Belə adda saxta dövləti regiona Rusiyanın və hansı məqsədlə sırıdığı hamıya məlumdur. Qafqazda aborigen xalq olmayan ermənilərin və Ermənistanın əsas mövcudluq qarantının Rusiya olması da çoxdan hər kəsə bəlli gerçək. Anacq əgər Rusiyanın özünün dağılacağı deyilirsə, Ermənistan adlı qondarma dövlət 2050-yə necə duruş gətirə bilər?
Rusiyasız ermənilər yalnız hansısa dövlətin tərkibində etnik qrup şəklində, ən yaxşı halda muxtariyyət alaraq mövcud ola bilər. Necə ki indinin özündə faktiki surətdə, Rusiyanın ucqar əyaləti qismindədir. Baxın, SSRİ 29 ildir dağılıb, amma Ermənistan heç Tacikistan, Türkmənistan qədər də müstəqillik və suverenlik dərəcəsinə sahib deyil. Kremlin əlinə baxır, İrəvanın başbilənləri hətta Moskvanın izni olmadan asqırmağa belə cürət etmirlər. “Qərbçi” Paşinyan da elə.
O ki qaldı əhali sayına, hərbi imkanlar, müasir hərbi texnika – bunlar müharibə zamanı çox önəmlidir, lakin insan faktoru, demoqrafik və ərazi göstəriciləri də şərtdir. Hitler Almaniyası SSRİ-ni həm də bu iki göstəriciyə görə yenə bilməmişdi. Müxtəsəri, iqnor edilsə də, edilməsə də, demoqrafik faktor istənilən dövlətin müharibə və döyüş qabiliyyətinə təsir edən mühüm amillərdən sayılır – hansı amil ki, Azərbaycanla müqayisədə Ermənistanda zəifdir və zəifləməkdə davam edəcək. Ermənilər labüd olaraq azalacaq. Çünki xain millətlər artmaz...
musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar