Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Rəsmi Tehrandan Ermənistanın vəhşi hərəkətini pisləyən bir cümlə belə açıqlanmayıb; İslam İnqilabının Keşikçilər Ordusunun generalı: “Qarabağ işğal vəziyyətindən çıxmalıdır”
Ermənistanın Azərbaycanın mülki əhalisini hədəf alaraq, onlarla şəxsi öldürməsi, xüsusilə də Gəncə şəhərinə törədilən vəhşi hücum dünya ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb. Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayan bir çox dövlətlərin rəsmiləri Ermənistanın mülki vətəndaşlarımıza atəş açmasını qəti şəkildə pisləyirlər. Gəncədə yaşayış evinin Ermənistan tərəfindən vurulmasından 4 gün ötsə də, cənub qonşumuz İranın rəsmi şəxsləri susqunluğa davam edirlər. Rəsmi Tehrandan Ermənistanın vəhşi hərəkətini pisləyən bir cümlə belə açıqlanmayıb.
İran mətbuatının yaydığı məlumata görə, İslam İnqilabının Keşikçilər Ordusu komandanının siyasi məsələlər üzrə müavini Yədulla Cavani qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Qarabağ münaqişəsinin həlli üçün tutarlı bir əsas ola bilər: “BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinə görə Qarabağ Azərbaycana aiddir və hazırkı vəziyyət də ondan xəbər verir ki, Ermənistan onu işğal edib. Qarabağ işğal vəziyyətindən çıxmalıdır”.
İranlı general eyni zamanda bildirib ki, bu məsələnin müharibə ilə həll edilməsi hər iki tərəfə ziyanlar və xəsarətlər vurub. Onun sözlərinə görə, məsələnin köklü həlli yolu danışıqlardır. Göründüyü kimi, iranlı general Azərbaycanın öz torpaqlarını azad etmək üçün hərb yolunu seçməsinə rəğmən, problemin həll yolunun danışıqlar olduğunu qeyd etməklə əslində ermənilərin hərbi əməliyyatlar başlayandan bəri etdiyi çağırışları dəstəkləyib.
Araz Aslanlı
Politoloq, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı qeyd edir ki, İranın Dağlıq Qarabağ münaqişəsinə yanaşması hissi bir yanaşma deyil: “Onların öz aləmlərində strateji hesab etdikləri bir yanaşmaları var. Bu yanaşmanın əsasında Azərbaycan adıyla bağlı narahatlıqları dayanır. Azərbaycan adlı dövlətin uğurlu addımları onlarda narahatlıq doğurur. Əslində Azərbaycan belə bir narahatlıq üçün heç bir əsas vermir: onlara qarşı heç bir iddia qaldırılmır, Azərbaycan heç zaman İranla bağlı mənfi proseslərin içində yer almır. Amma nədənsə bu, İran rəhbərliyi üçün yetərli görünmür, fərqli yanaşma sərgiləyir, Azərbaycanın uğurlu dövlət modelinə nail olmasına hər zaman mane olmağa çalışır.
Bu, dövlət müstəqilliyinin, daxili sabitliyin qorunması, ərazi bütövlüyünün bərpası kimi taleyüklü məsələlərdə açıq hiss olunur. Biz bütün bu məsələlərdə, təəssüf ki, İrandan gözləmədiyimiz münasibət görmüşük. Bu münasibəti biz Dağlıq Qarabağ münaqişəsi başlanandan bu günə qədər görürük: istər münaqişənin başlanğıcında müəyyən vasitəçilik təşəbbüslərində, istər atəşkəs dövründə Ermənistanın inkişafı üçün görülən işlərin timsalında, istərsə də indiki hərbi əməliyyatlar dövründə. İndi İran Ermənistanın silahlandırılmasında koridor rolunu oynayır. Bütün bunlar, təbii ki, Azərbaycan cəmiyyətində narazılıq yaradır”.
Politoloqun sözlərinə görə, Ermənistanın mülki Azərbaycan əhalisini hədəf aldığı indiki günlərdə də İrandan hər hansı etiraz yoxdur: “Ümumi sözlər, hər iki tərəfi eyni dərəcədə məsuliyyət daşıyıcısı kimi təqdim edən fikirlər səsləndirirlər. Halbuki işğalçı Ermənistandır, Azərbaycanın ərazisində hərbi təcavüz reallaşdıran da bu dövlətdir. Öz torpaqlarını işğaldan azad etməyə çalışan Azərbaycanla işğalçını eyniləşdirmək elə Ermənistanın mövqeyini dəstəkləməkdir. İran işğalçıya Azərbaycan ərazisindən çıx deməkdənsə, ikitərəfli münasibət sərgiləyir. Son olaraq Gəncədə baş verən vəhşiliyə susmaqla İran öz mövqeyini tam olaraq ortaya qoymuş olur.
Özü də guya İranın Gəncəyə xüsusi münasibəti vardı, orada olanları həssaslıqla izləyirdi. Düzdür, İran daxilində bəzi dini xadimlər, müəyyən siyasətçilər məsələyə daha həssas yanaşma nümayiş etdirib, müəyyən müsbət münasibətlər ortaya qoymağa çalışırlar. Lakin Azərbaycanın gözləntiləri İranın ali siyasi-dini rəhbərliyi, hətta ali hərbi rəhbərliyinin bu məsələdə konkret mövqe ortaya qoymasından, işğalçını adı ilə çağırmasından yanadır. Bu, həm İranın özünün öz üzərinə götürdüyü dini öhdəliyindən, həm yaxın qonşu öhdəliyindən, eyni zamanda İranın beynəlxaq münasibətlərin subyekti, BMT üzvü kimi beynəlxalq hüquqdan qaynaqlanan öhdəliyindən irəli gələn bir addım olacaq. İran başqasının ərazisini işğal etmiş dövləti öz adı ilə çağırmalıdır”.
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar