Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Əl-Cəzirə, Qətər 26.11.2020 Müəllif: Borut Qrqiç Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla noyabrın əvvəlində apardığı bir neçə saatlıq danışıqlardan sonra Dağlıq Qarabağda təxminən 1 ay idi davam edən müharibə dayandırılıb. Tərəflər arasında mətni qısa, aydın və mahiyyətə uyğun saziş imzalanıb. Bununla da, Ermənistan tam məğlubiyyətdən xilas olub, Azərbaycan müvəfəqiyyət qazanıb, Rusiya isə qalib gəlib. Sazişə əsasən, Ermənistan hərbi birləşmələrini regiondan tamamilə çıxarmağa razı olub. Paşinyan xalqına “Facebook” vasitəsilə ünvanladığı emosional müraciətdə müharibənin məhz belə bitdiyi üçün təəssüfləndiyini deyib. Bununla yanaşı, o, bunun “məntiqli seçim” adlandırıb. Bu, həqiqətən də belədir... Müharibənin son günlərində Ermənistan silahlı qüvvələri cəmi bir gün ərzində xeyli sayda kəndi və mühüm strateji əhəmiyyət kəsb edən Şuşa şəhərini itirmişdi. “Dağlıq Qarabağın paytaxtı” (dırnaq işarəsi bizə aiddir - WM) ilə Ermənistan arasında əlaqə məhz bu şəhərin yaxınlığından keçən dəhliz vasitəlilə qurulur. Azərbaycana gəlincə, Türkiyə onu dəstəkləyir. Üstəlik, Bakının Moskva ilə də münasibətləri yaxşıdır. Odur ki, Azərbaycan Ordusu döyüş meydanında tez bir zamanda üstünlük qazanıb. Görünən odur ki, Bakı bu savaşda hərbi nöqteyi-nəzərdən tam qalibiyyət qazana, bununla da müharibədən sonrakı sülh mübahisələrinə də son qoya bilərdi. Amma Əliyev müharibə təhrikçisi deyil. O, realist və praqmatik siyasətçidir. İlham Əliyevə gələcək sülh prosesində üstünlük qazanmaq üçün işğal altındakı ərazilərin bir qismini hərbi yolla azad edik kifayət edirdi. O, güman ki, bu məsələdə Rusiya üçün də “qırmızı xətt”in olduğunu bilirdi. İstənilən halda, Əliyev əlindəki “kartlar”dan yaxşı istifadə edib. O, regional balansı pozmamaq üçün hərbi imkanlarından yalnız müəyyən həddə qədər istifadə edib. Bununla belə, Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı birləşmələrini çıxarmaqla bağlı öhdəlik götürüb. Üstəlik, Yerevan bir vaxtlar Dağlıq Qarabağda yaşamış azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına da “hə” deyib. Proses rusiyalı sülhməramlıların nəzarətilə reallaşdırılacaq. Bu da son deyil. Bakı ona aid Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas hissəsini Ermənistandan keçəcək dəhlizlə birləşdirəcək. Bir sözlə, Bakı Yerevan üzərində hərbi üstünlüyü sayəsində qələbə qazanıb. O, bununla 1992-1994-cü illərdə baş vermiş müharibədəki məğlubiyyətinin qisasını da alıb. Azərbaycan Dağlıq Qarabağa nəzarəti o zaman itirmişdi. Bakının son nailiyyətləri arasında yaxın müttəfiqi olan Türkiyənin prosesə qatılmasını da göstərmək olar. Artıq Ankara bu prosesdə tərəflərdən birinə çevrilib. Amma son müharibənin tək məğlubu Ermənistan deyil. Burada əsas uduzan Avropa İttifaqıdır (Aİ). Aİ qitənin şərqində vacib oyunçuya və vasitəçiyə çevrilə bilməməklə, növbəti dəfə uduzub. O, hələ 2008-ci ildə Rusiyanın Gürcüstan ərazilərini zəbt etməsi qarşısında aciz qalmışdı. 2014-cü ildə isə Ukraynada baş verənlərə təsir göstərə bilmədiyi üçün tənqid olunmuşdu. Aİ bu dəfə də kənarda qalıb. Əvəzində, Vladimir Putin regionda növbəti geostrateji qalibiyyətini qazanıb. Bu gün Rusiya hərbi birləşmələri Dağlıq Qarabağdadır. Odur ki, Putin Cənubi Qafqaz dəhlizini de-fakto mühafizə edən şəxsə çevrilib. Avropanı Mərkəzi Asiya və İranla məhz bu dəhliz birləşdirir. Xəzər neft-qazı Avropaya və dünya bazarlarına da məhz bu dəhliz vasitəsilə nəql olunur. Cənubi Qafqaz dəhlizi Avropa ilə Asiya arasında ticarət əlaqələri üçün hər zaman vacib olub. Bunu Makedoniyalı İsgəndər də başa düşürdü, osmanlılar da. Odur ki, tarixdən dərs alan Vladimir Putin öz oyununu yaxşı oynayıb. Əslində, Ermənistanla Azərbaycan arasında son döyüşlərin başlamasından sonra Aİ-də xarici siyasətə cavabdeh olan şəxslər yalnız bir neçə bəyanat verməklə kifayətlənmişdilər. Onlar tərəfləri atəşi dayandırmağa, danışıqlar prosesini bərpa etməyə çağırırdılar. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel isə danışıqların münaqişəni təxminən 30 ildir çözə bilməyən ATƏT-in Minsk qrupu çərçivəsində bərpa olunmasının vacibliyini bildirirdi. Bütün bunların fonunda Fransa prezidenti Emmanuel Makron Azərbaycanı dəstəkləyən Türkiyə ilə “savaşırdı”, Almaniya kansleri Angela Merkel tərəflərlə nəticəsiz telefon danışıqları aparırdı. Sanki İlham Əliyevin müharibənin ilk günlərindən dediyi sözləri heç kəs eşitmirdi. O isə deyirdi ki, Azərbaycan danışıqlara yalnız Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasından, yaxud ən azı bununla bağlı cədvəl təqdim etməsindən sonra qayıdacaq. Belə çıxır ki, Aİ İlham Əliyevin qətiyyətini, Azərbaycan Ordusunun hazırlığını düzgün qiymətləndirməyib. Bu, əslində, Aİ kəşfiyyatının da iflasa uğradığının göstəricisidir. Aİ Cənubi Qafqazda birbaşa və praktik roldan imtina etməklə, Çinin Mərkəzi Asiyada artan təsirinə müqavimət göstərmək imkanını da əldə verib. Amma Aİ üçün regionda hələ də hər şey itirilməyib. O, Cənubi Qafqazdakı dayaq nöqtəsini Gürcüstan vasitəsilə qaytara bilər. Bunun üçün Brüssel Tbilisiyə müracitə etməli, onunla hərbi-iqtisadi əməkdaşlığı gücləndirməlidir. Əlbəttə ki, bu zaman Rusiya amili də nəzərə alınmalıdır. Odur ki, artıq Aİ üçün prioritet mübahisəli Abxaziya və Cənubi Osetiya regionlarının son statusu ilə bağlı danışıqlara başlamaq olmalıdır. Çünki bu problemlər çözülməzsə, Aİ-nin Gürcüstanla əlaqələrini genişləndirməsinə maneələr davam edəcək. Əksinə, Avropa İttifaqı bu “dondurulmuş münaqişə”ləri həll edərsə, o, Rusiyanı nəinki Gürcüstan, həm də Ermənistan və Azərbaycandakı rıçaqlarından məhrum edə bilər. Avropa təbii ki, Dağlıq Qarabağın gələcəyilə bağlı danışıqlarda da yer almağa çalışmalıdır. Brüssel hətta bir az tələsə, Azərbaycan və Ermənistanla müzakirələrə başlaya da bilər. Məsələn, Bakıya Dağlıq Qarabağda Aİ-nin rəhbərliyilə müvəqqəti administrasiyanın yaradılması təklifini vermək olar. Bir sözlə, Aİ indiki mərhələdə iddialarını ortaya qoymazsa, Moskvaya tam təslim olacaq. Əslində o, belə vəziyyətə ilk dəfə düşmür. Bəs ittifaqın bütün dünyada faydasız qurum imicindən xilas olmaq üçün nə qədər şansı qalıb? (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar