Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
EURACTIV, Aİ 19.12.2020 Müəllif: Borut Qrqiç, Bernhard Knoll-Tüdor Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ regionu və ona bitişik ərazilər uğrunda təxminən 5 həftə davam etmiş müharibə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra başa çatıb. Bununla da Rusiya Prezidenti Vladimir Putin əslində, regionda növbəti qələbəsini qazanıb. Bu dəfə Moskva İranla sərhəd bölgədə möhkəmlənib. Yaşananlar Avropanın bu regiona təsir göstərə bilmədiyini bir daha ortaya qoyub. Nəticədə bölgədə onun nüfuzuna növbəti zərbə dəyib. Bəs Brüssel Bakı və Yerevanda nüfuzunu bərpa etmək, sülh prosesinin əsas oyunçularından birinə çevrilmək üçün indi, müharibədən sonra hansı addımlar ata bilər? İstənilən halda, strateji nöqteyi-nəzərdən Avropa İttifaqının (Aİ) kollektiv zəifliyi ortadadır. Ümumiyyətlə, Avropada “Şərq Tərəfdaşlığı” ilə bağlı müzakirələr çox vaxt insan haqları, qanunun aliliyi kimi məsələrə aid olur. Doğrudur, bu mövzular da mühüm əhəmiyyət kəsb edir. Lakin onlar qurumun strateji vizyonunun təməlini təşkil etmir. Maraqlıdır ki, bu dəfə söhbət həm də böyük infrastruktur layihələrinin keçdiyi regiondan gedir. Söhbət Xəzər dənizindən hasil olunan neft-qazını Avropaya nəql edən layihələrdən gedir. Bundan başqa, Aİ-Çin fiber-optik magistralı da bu regiondan keçir. Cənub Qafqazdan keçən mürəkkəb nəqliyyat sistemi isə Asiya ilə Avropa arasında quru yolu ilə birbaşa ticarətin inkişafına və təşviqinə istiqamətlənib. Bəs bu, Avropanın xarici siyasətlə məşğul olan istebleşmenti üçün strateji əlaqələrdə niyə prioritet kimi qəbul olunmur? 2021-ci ilin ikinci yarısından Avropa İttifaqının sədri olacaq Sloveniya bu istiqamətlərdə irəli getmək imkanı qazanacaq. Hər halda, sadalananlar Aİ-Cənubi Qafqaz strateji əlaqələrini prioritetə çevirə, yeni sənədlərin imzalanmasına aparıb çıxara bilər. İmzalanacaq yenid sənəddə Aİ-nin regionla bağlı uzunmüddətli öhdəliklərinin detallı şəkildə göstərilməsi zəruridir. Prosesin kuliminasiya nöqtəsisə Aİ-Cənubi Qafqaz dövlətləri liderlərinin sammiti ola bilər. Bir sözlə, Aİ postmüharibə dövrünün idarə olunmasında taktiki nöqteyi-nəzərdən rolunu genişlənməlidir. O, Ermənistan və Azərbaycan xalqları arasında münasibətlərin tədricən sabitləşməsinə töhfə verəcək mühitin yaradılmasına yardım göstərməlidir. Onlar qarşılıqlı maraq doğuracaq iqtisadi imkanların mövcudluğunu qəbul edə bilərlər. Odur ki, Avropa İttifaqı “Qarabağ İnkişaf Bankı”nın yaradılmasında dərhal iştirak etməlidir. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankı modelində yaradıla, Aİ, Azərbaycan və Ermənistanın birgə layihəsi ola bilər. Bölgədə infrastruktur, elektrik enerjisi, bələdiyyə institutunun bərpası, tikinti, kənd təsərrüfatı, kiçik və orta bizneslə bağlı layihələrin bu bank vasitəsilə maliyyələşdirilməsi mümkündür. Uzunmüddətli sülh və təhlükəsizliklə bağlı qeyri-müəyyənliyin davam etdiyi dövrdə, belə inkişaf bankı beynəlxalq investisiyalar üçün mayak rolu oynaya, investorların öhdəliklərini, risklərini kompensasiya edə bilər. Hər halda, Aİ bu sahədə zəngin təcrübəyə malikdir. Məsələn, Qərbi Balkan ölkələrində. Odur ki, o, münaqişə tərəflərini səhmdar kimi birləşdirəcək “Qarabağ İnkişaf Bankı”nın yaradılmasında, bankın birgə idarə edilməsində bu təcrübədən yararlanmalıdır. Bununla yanaşı, Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” çərçivəsində texnoloji innovasiyalarla bağlı layihələrin həyata keçirilməsinə çağırış edə bilər. Qurumun azərbaycanlı və erməni proqromistlərin birgə layihələrini maliyyələşdirməsi də mümkündür. Yeganə şərt kimi, layihələr müvafiq münsiflər heyəti tərəfindən seçilməlidir. Bundan başqa, nədən o, Ermənistan və Azərbaycanın Laçından şimalda və cənubda, həmçinin Şuşa ilə Stepanakert (Xankəndi - WM) arasında azad iqtisadi zonalar yaratmalarına yardım etməsin? Dubay nümunəsini nəzərə alsaq, hər bir iqtisadi zonanı əlavə olaraq texnoloji, enerji və kənd təsərrüfatı sahələri kimi təsnif etmək mümkündür. Bu iqtisadi zonalarda istehsal olunacaq məhsullar və xidmətlər isə regionda və Avropa bazarlarında rüsumsuz satıla bilər. Məsələn, elektrik enerjisi. Bu yeni enerji zonalarında ekoloji təmiz elektrik enerjisi istehsal etmək və onun rüsumsuz tədarükü mümkündür. Daha sonra isə yeni azad iqtisadi zonaların dəmir yolu şəbəkələri vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Poti şəhərindəki dəniz limanına birləşdirilməsi haqda düşünülməlidir. Bu müstəsna iqtisadi zonaların inkişafı üçün lazımi infrastrukturun yaradılmasına TRASECA başçılıq edə bilməzmi? İlkin olaraq Aİ-nin maliyyələşdirdiyi bu infrastruktur layihəsinin baş qərargahı Bakıda yerləşir. Aİ-nin postmüharibə dövrü ilə balı yardım və əməkdaşlığının ikinci seqmenti təhsil və mədəniyyət sahələrinin inkişafı ilə bağlı təşəbbüslərin genişləndirilməsi ola bilər. Məsələn, qurumun maliyyə yardımı ilə Ermənistanla Azərbaycanın birgə film çəkmək imkanını nəzərdən keçirmək lazımdır. Filmin premyerasının böyük Avropa kinofestivalında təşkili belə, mümkündür. İkincisi, Şuşa ilə Stepanakert (Xankəndi - WM) Avropa Şurasının təşkil etdiyi “mədəniyyətlərarası şəhər” müsabiqəsinə birgə müraciət edərsə, heç də pis olmaz. Daha bir ideya Aİ-nin dəstəyilə Azərbaycan, Ermənistan və Gürcüstan arasında korrupsiyaya qarşı akademiyanın təsis edilməsidir. Nəticədə Şuşa, Stepanakert (Xankəndi - WM) və Rustavidə universitet şəhərcikləri yaradılacaq, akademiyalarda ali təhsil veriləcək. Avropa İttifaqının növbəti yardımı Ağdam şəhərində Avrasiya Rəssamlar Birliyinin yaradılması ola bilər. Mərakeş avropalılar, Meksikadakı Todos-Santos şimali amerikalılar üçün hansı dəyərə malik idisə, Ağdam da eyni dəyəri daşıya bilər. Avropa İttifaqının maliyyə yardımı ilə azərbaycanlılardan və ermənilərdən ibarət birgə orkestrin Avropa ölkələrində çıxışının təşkili nəzərdən keçirilməlidir. Onlar Daniel Barenboimin parlaq nümunəsindən istifadə edə bilərlər. Məlum olduğu kimi, Daniel Barenboim İsraillə Fələstin arasında körpü yaratmaq məqsədilə məhz bu üsuldan istifadə etmişdi. Nəhayət, idman sahəsi. UEFA gənclərin mübadiləsi və idman sahəsilə bağlı layihələrin maliyyələşdirilməsini üzərinə götürə bilməzmi? Məsələn, təşkilatın “Qarabağ” klubunun Ağdamdakı stadiounun bərpasına maliyyə yardımı ayırması, bu ərazilərə qayıdan azərbaycanlı və erməni uşaqlar üçün futbol akademiyaları yaratması mümkündür. Avropa Yayım Birliyinin Rusiya Federasiyası ilə birgə üç dildə fəaliyyət göstərəcək “Qarabağ” radiostansiyasını, qərargahı Bakı və Yerevanda yerləşəcək əyləncəli rəqəmsal platformanın yaradılmasını maliyyələşdirməsi də mümkündür. Onlar arasında mütəmadi mübadiləni təşkil etmək olar. Bir sözlə, söhbət Aİ-nin postmüharibə dövründəki rolundan gedirsə, ideya əksikliyi yoxdur. Avropa İttifaqı bununla tərəflər arasında inamı gücləndirməyə çalışmalıdır. Lakin o, bu günədək Cənubi Qafqazda aparıcı rola iddia etməyib. Bu isə qurumun regiondakı fəaliyyətini məhdudlaşdıran amillərdən biridir. Görünən odur ki, Aİ-nin Cənubi Qafqazla bağlı strategiyasında çatışmazlıqlar var. Əslində o, regionu təkcə liberal dəyərlərin deyil, həm də iqtisadi və mədəni inkişaf üçün fürsət kimi görməlidir. Bir sözlə, son silahlı münaqişə Brüssel üçün həyəcan təbili olmalıdır. Aİ qitəmiz üçün istər mədəni, istərsə də geostrateji nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edən regionla bağlı tələblərini ortaya qoymalıdır. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar