Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
“Bu toqquşmaların genişmiqyaslı müharibəyə, sonda isə hətta geosiyasi münaqişəyə çevriləcəyini istisna etmək olmaz”
Ovqat.com xəbər verir ki, Avropa İttifaqının “Evractiv” nəşri Azərbaycan-Ermənistan sərhədlərində baş verən toqquşmaya həsr etdiyi məqalədə bunları bildirib.
Nəşrin "Qafqaz: Ermənistanın “yeni ərazilər uğrunda yeni müharibəsi” sərlövhəli məqaləsində deyilir:
“Bu günlərdə Ermənistanla Azərbaycanın Dağlıq Qarabağdan təxminən 300 kilometr aralı olan dövlət sərhədində hərbi toqquşmalar baş verib. Toqquşmalar zamanı ağır artilleriyadan belə, istifadə edilib. Nəticədə iki tərəfdən 20 nəfər həyatını itirib – təlafat həm hərbçilər, həm də mülki vətəndaşlar arasında qeydə alınıb”.
Baş verənlərlə bağlı bəyanatla çıxış edən Avropa İttifaqı (Aİ) bildirib ki, “Brüssel hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olacaq hərəkət və ritorikadan çəkinməyə, vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırır”.
Bundan başqa, Aİ hər iki tərəfi enerjisini pandemiya ilə mübarizəyə yönəltməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə danışıqları bərpa etməyə səsləyib.
Ermənistanla Azərbaycan arasında müharibə Sovet İttifaqının dağılması ilə qızışıb. Bu gün onların hər ikisi dünyanın ən çox hərbiləşmiş ölkələri sırasındadır. Beləliklə, Ermənistanla Azərbaycan uzun illərdir Dağlıq Qarabağa görə müharibə vəziyyətindədir. Beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ hazırda Ermənistanın işğalı altındadır.
Münaqişə bölgəsində son ciddi hərbi toqquşma 2016-ci ilin aprelində baş verib. Həmin döyüşlər Azərbaycan Silahlı Qüvvələri önəmli uğurlarl ilə bitib. Bununla da Azərbaycan tərəfi strateji üstünlük əldə edib.
Maraqlıdır ki, Rusiya və onun başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) arxalan Ermənistan əslində, hələ 2016-ci ildə Dağlıq Qarabağ məsələsində onlardan dəstək ala bilməyəcəyini anlamışdı...
Bu günlərdə baş vermiş toqquşmalara gəlincə, tərəflər qarşıdurmanın başlamasında bir-birini günahlandırır. Amma bütün rasional təhlillər göstərir ki, son hərbi toqquşmaların başlamasında maraqlı olan yeganə ölkə Ermənistandır.
Ermənistan koronavirus pandemiyasından ən çox əziyyət çəkən dövlətlərdəndir. İyulun ortalarına qədər Ermənistanda 30 min insan koronavirusa yoluxub, 500 nəfər həyatını itirib. Mart ayından fövqəladə vəziyyətin tətbiq olunduğu ölkədə iqtisadiyyat çöküb, üəssisələr bağlanıb, işsizlik isə ən yüksək həddə çatıb. Bu dövrdə ölkədə ÜDM 2-3,5% azalıb. Artıq ölkənin səhiyyəsinin də imkanları tükənib.
Digər tərəfdən, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı yaranmış böhranı idarə edə, pandemiyanın öhdəsindən gələ bilməməkdə tənqid edir.
Bir sözlə, Ermənistanda yaranmış vəziyyət postinqilab hökumətinin mövqeyini xeyli zəiflədib. Beləliklə, 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişilə yaranmış nikbin ab-hava darmadağın olub.
Paşinyanın tənqidçiləri hesab edir ki, onun Azərbaycanla sərhəddə təxribat törətməyə ehtiyacı var idi. Baş nazir bununla, pandemiya səbəbilə üzləşdiyi tənqidləri “zərərsizləşdirməyə” çalışıb. Beynəlxalq böhran və ya müharibə zamanı əhalinin səfər edilməsi üçün “bayraq ətrafında birləşmək” hər zaman ən effekli vasitə olub.
Görünən odur ki, budəfəki təxribat əvvəlcədən planlaşdırılıbmış. Hər halda, maraqlıdır ki, bu dəfə hərbi əməliyyat məkan kimi Dağlıq Qarabağ bölgəsi deyil, Ermənistan-Azərbaycan sərhədi seçilib.
İyulun 10-da Ermənistan milli təhlükəsizlik strategiyasını təsdiq edib. Yenə də əsas müttəfiqlər kimi Rusiya ilə KTMT göstərilir. Başqa sözlə, Yerevan döyüşə başlamamışdan bir neçə gün öncə Kremlə kollektiv təhlükəsizlik məsələsini xatırladıbmış.
Azərbaycanın şimal-qərb bölgəsi hərbi nöqteyi-nəzərdən Ermənistan üçün asan hədəf kimi görünə bilərdi. Bakı 2018-ci ildən sərhədlərin demilitarizasiyası çərçivəsində bölgədəki hərbi hissələrini, obyektlərini restrukturizasiya edib. Üstəlik, bölgədə daha təcrübəli hərbi birləşmələr sərhəd qoşunları ilə əvəz olunub. Nəticədə, bu ciddi dəyişikliklərdən xəbərdar olan Ermənistan ildırım sürətilə hücum edərək, Azərbaycan ərazisi boyu irililəməyə, yeni ərazilər tutmağa çalışıb.
Yerevanın bu taktikası əslində, müdafiə naziri David Tonayanın açıq-aşkar bəyan etdiyi doktrina ilə üst-üstə düşür. O, strategiyalarının “yeni ərazilər uğrunda yeni müharibə” olduğunu hələ bir neçə ay əvvəl elan etmişdi. Tonayan hesab edir ki, yeni strategiya Ermənistanı daim müdafiə olan dövlətdən, səngər şəraitindən çıxaracaq, yeni hərbi birləşmələr düşmənin ərazisində hərbi əməliyyatlar keçirməyə imkan yaradacaq.
Hərbi əməliyyat üçün konkret olaraq bu regionun seçilməsinin digər səbəbi isə onun yaxınlığından keçən vacib enerji infrastrukturudur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz borusu və Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən vacib enerji-nəqliyyat layihələridir. Söhbət son dərəcə vacib enerji, nəqliyyat və enerji infrastrukturundan, mühüm geosiyasi əhəmiyyətə malik layihələrdən gedir. Azərbaycanla Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdən Ermənistan bu layihələrdən təcrid olunub. Odur ki, Yerevan bu layihələrə təhdid yaradır.
Hər halda, Azərbaycan son hərbi toqquşmalara görə, Ermənistanı ittiham edir. Bu toqquşmaların genişmiqyaslı müharibəyə, sonda isə hətta geosiyasi münaqişəyə çevriləcəyini istisna etmək olmaz. Yeri gəlmişkən, Bakıda ölkə parlamenti qarşısında keçirilmiş mitinqdə insanlar Ermənistanla müharibə üçün səfərbərliyin elan olunmasını tələb edirdi...
Bir sözlə, rasional təhlil zamanı hərbi əməliyyatlara məhz Ermənistanın başladığı aydın olur. Görünən odur ki, Paşinyan demokratik imicinə, sülh mesajlarına baxmayaraq, soyuqqanlıqla hərbi təxribat planlaşdırmaqla məşğul olub. Ermənistanın baş naziri COVID-19 böhranını idarə edə bilməyib. O, bu təxribata həm də cəmiyyətin diqqətini iqtisadi problemlərdən yayındırmaq məqsədilə əl atıb. Deyədən, Paşinyan Azərbaycanla münaqişəyə KTMT hərbi blokunu cəlb etməklə, qonşusunun “yeni əlverişli ərazilərini işğal etməyə” çalışırmış.
İstənilən halda, Avropa İttifaqı Cənubi Qafqazla bağlı diplomatiyasını gücləndirməlidir. Brüssel dayanıqlı sülhə töhfə verməli, regionda heç kimin xeyrinə olmayan müharibəni alovlandıran Paşinyanın avantürist siyasətini dayandırmalıdır.
Ceyms Uilson
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar