Xəbər lenti


Yəni rəsmi Ankara da İrəvana bir daha böyük sülh çağırışı edir, növbəti dəfə əməkdaşlıq əli uzadır - baxmayaraq, erməni vandallarının ərazimizdə törətdiyi vəhşiliklər heç bir dəftər-kitaba, insaniyyətə, elementar mədəniyyətə sığmır. Özünü mədəni sayan millət heç vaxt belə şeylərə qoy qoymaz, ancaq ermənilər Xocalı soyqırımı da daxil olmaqla, qol qoyub. Bununla belə, Azərbaycan və Türkiyə böyüklük göstərərək, sülh ismarışlarını davam etdirir.

Bəs Ermənistan necə, iki qardaş ölkənin xoşməramlı çağırışlarına adekvat cavab verirmi?
Demək olar ki, yox. Məğlub ölkənin ürkək iqtidarı ən yaxşı halda “nala-mıxa” vurur, onun XİN başçısı Ayvazyan hələ də “öz müqəddəratını təyinetmə”dən danışır, “buludlarda süzən” revanşist müxalifəti isə səksəkə içində Türkə qarşı aşırı nifrəti və müharibəni təbliğ etməklə öz bədbəxt xalqını yenə çaşdırmaqla məşğuldur.     
*****
“İstisnasız olaraq hamı bölgədəki kommunikasiyaların blokadadan çıxarılmasında maraqlıdır, lakin ölkələrin mənafelərində fərqlər var”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan 1in.am-a müsahibəsində deyib.
“Kommunikasiya - bizi bölgəyə bağlayan və onu bizim üçün vacib və ya əksinə edən arteriyalardır. Bu gündəliyi biz formalaşdırmalı, bundan hansı təhdidlərin gələ biləcəyini anlamalı və həmin təhdidləri idarə etmə metodlarımızı formalaşdırmalıyıq” - Paşinyan bildirib.
Kommunikasiyaların blokadadan çıxarılmasında ən çox maraqlı olan tərəfin hansı ölkə olması ilə bağlı suala cavabında N.Paşinyan deyib: “Əgər bölgədə baş verənləri izləsəniz, istisnasız olaraq hamının bunda maraqlı olduğunu görə bilərsiniz. Yəni bunda Rusiya maraqlıdır, Gürcüstan, İran, Azərbaycan, Türkiyə, Ermənistan maraqlıdır. Digər bir məqam odur ki, hər bir ölkənin maraqlarının başqalarının maraqları ilə oxşar və fərqli cəhətləri var”.

Paşinyan hesab edir ki, ardıcıl müzakirələr nəticəsində ziddiyyətləri yumşaltmaq, oxşarlıqları isə qabartmaq vacibdir. Baş nazir vurğulayıb ki, bu nüans mövzunu daha maraqlı edir. “Lakin bu, Ermənistan üçün təhdidlərin və vacib imkanların olmaması anlamına gəlmir. İmkanlarla bağlı düzgün mövqe tutmaq Ermənistan üçün strateji əhəmiyyət daşıyır” , - deyə o əlavə edib.
*****
Açıqlamadan  göründüyü kimi, əslində Bakı və Ankaranın İrəvana ünvanlandığı kritik əməkdaşlıq çağırışlarının önəmi yenə elə az-çox Ermənistan iqtidarı tərəfindən başa düşülür. Lakin regional inteqrasiya üçün bu yetərli ola bilməz. Əməli işlər də vacibdir.
O da aydındır ki, Nikol Paşinyan radikal müxalifətin əlinə yeni “kozır” verməmək üçün “bıçaq ağzında” hərəkət eləmək zorundadır. Hərçənd “Gallup”un son sorğusunun nəticələri göstərdi ki, kapitulyasiya sənədinə imza atmasına rəğmən, onun indiki reytinqi hətta müxalif  liderlərin toplam reytinqindən üstündür. Bu da regional əməkdaşlıq məsələsində ona daha qətiyyətli və ürəkli olmaq fürsəti verir. Qalır bu fürsətdən yararlanmaq...

Analitik xidmət,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 530          Tarix: 25-02-2021, 09:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma