Xəbər lenti


“Qarabağda daha uğurlu təhlükəsizlik modeli qurmaq üçün türk qoşunlarının daha aktiv olmasına, Rusiya qoşunlarının isə regionda müəyyən siyasi marağı olmayan ölkələrin təmsilçi qoşunları ilə əvəz olunmasına ehtiyac var”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında politoloq Əhməd Əlili deyib. O bildirib ki, Rusiya qoşunları sərhəddə erməni təxribatının qarşını ala bilmir:“Erməni əsgərlərin bir neçə gün öncə sərhəddə törətdikləri təxribata Ermənistan cəmiyyətinin real təsviri kimi baxmalıyıq. Onlar depressiyaya düşmüş, içkiyə aludə olmuş insan obrazına bənzəyir. Hesab edirəm ki, bundan sonrakı dövrdə də onların bu cür davranışlarının sayı çox olacaq.

Biz nəzərə almalıyıq ki, regionda bunun qarşısını alan tərəf Rusiyadır. Onlar əgər Şuşaya “İsgəndər-M” raketlərinin atılmasının qarşısını ala bilməyiblərsə, demək ki, belə halların da qarşısını ala bilmirlər. Hesab edirəm ki, bu, Moskva-Bakı arasında əlavə müzakirə üçün məsələ yaradır”.






Ana səhifəyə qayıt        Baxış: 3 397          Tarix: 24-04-2021, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma