Xəbər lenti


Cənubi Qafqaz bölgəsinə səfərim çox faydalı oldu və son hadisələrdən geri qalmamağa imkan verdi.

Report  xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Romada keçirdiyi görüşdən sonra deyib.

O, regionun ABŞ üçün prioritet olduğunu bildirib:

“Biz müntəzəm dialoq və müzakirələri davam etdirəcəyik”.

Qeyd edək ki, ABŞ rəsmisi bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olub.



Ana səhifəyə qayıt        Baxış: 2 977          Tarix: 28-06-2021, 23:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma