Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
FOREIGN POLICY, ABŞ 27.07.2021 Müəllif: Robert M.Katler Bir atalar sözündə deyildiyi kimi, generallar sonuncu müharibəyə hazırlaşdıqları kimi, diplomatlar da tez-tez son sülhə, yaxud ən azı sonuncu sülh təşəbbüsünə hazırlaşırlar. Amma onlar adətən elə eyni səbəbdən uğursuzluğa düçar olurlar. Səbəb isə hər şeyin dəyişməsi olur. ATƏT-in Minsk qrupu haqda da eyni sözləri demək olar. Xatırladaq ki, qurum 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh konfranslarının təşkil edilməsi məqsədilə Minskdə yaradılıb. Ona bu üzdən Minsk qrupu adı verilib. Minsk qrupunun təxminən 30 il davam etmiş fəaliyyəti heç bir nəticə verməyib. Azərbaycan Silahlı Qüvvələrinin son müharibədə qələbə qazanmasından, Ermənistanın işğalına son qoyulmasından sonra isə təşkilatın görə biləcəyi hər hansı iş qalmayıb. Bəli, artıq bu qurum iflasa uğrayıb və ölüb. Minsk qrupu nə qədər tez dəfn edilərsə, əsl sülh və barışığa təkan verəcək qüvvə o qədər tez yaranar. Bu halda regionun bərpası kontekstində keçmişə deyil, gələcəyə baxmaq mümkün olacaq. Minsk qrupu 1992-ci ilin martında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (o zaman təşkilat hələ ATƏT adlanmırdı) təşkilatı tərəfindən yaradılıb. ATƏT 1995-ci ildə Rusiya ilə ABŞ-ı Minsk qrupunun həmsədrləri kimi qəbul edib. 1997-ci ildə Fransaya da həmsədrlik verilib. Bununla da qrupda həmsədrlik üçtərəfli səviyyəyə qalxıb. Adətən Minsk qrupunda həmsədr ölkələrdən başqa 8 dövlətin təmsil olunduğu unudulur. Səbəb həmsədr dövlətlərin təşkilata üzv digər ölkələrlə nadir hallarda məsləhətləşməsidir. Bəlkə də, onlar digər üzvlərlə ümmiyyətlə, heç zaman məsləhətləşməyib. Hər halda, ABŞ, Rusiya və Fransanın digər üzv dövlətlərə hər hansı çağırışına şahid olmamışıq. ATƏT-in Minsk qrupuna Azərbaycan və Ermənistanla yanaşı, Türkiyə, Belarus, Finlandiya, Almaniya, İtaliya və İsveç daxildir. ATƏT-in Minsk qrupu hələ 1990-cı illərin əvvəllərində münaqişənin həlli ilə bağlı üç plan irəli sürmüş, amma münaqişə tərəfləri həmin təklifləri rədd etmişdi. İlk plan 1997-ci ilin iyulunda təklif edilmişdi. O, “hərtərəfli təklif” (qeyri-rəsmi olaraq ,“paket razılaşma”) adlanırdı. Bu plana əsasən, hərbi əməliyyatlar dayandırılmalı, regionun statusunun müəyyən edilməsi üçün danışıqlara başlanılmalı idi. Amma o zaman təklifi nə Ermənistan, nə də Azərbaycan qəbul etmişdi. 1997-ci ilin sentyabrında Minsk qrupu qeyri-rəsmi olaraq “mərhələli həll” adı ilə tanınan yeni plan irəli sürmüşdü. Bu plana əsasən, müəyyən ardıcıl taktiki və logistik addımlar sayəsində silahlı münaqişə dayandırılmalı idi. Bu dəfə təklifi Ermənistan hökuməti rədd etmişdi. Həmin vaxt bu ölkənin prezidenti Levon Ter-Petrosyan idi. Nəhayət, 1998-ci ilin noyabrında növbəti hərtərəfli razılaşma (“ümumi dövlətlə bağlı razılaşma”) təklif olunmuşdu. Bu təklifə əsasən, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri çərçivəsində Dağlıq Qarabağda “dövlət-ərazi vahidi”nin yaradılması nəzərdə tutulurdu. Bu halda Dağlıq Qarabağ pasport, valyuta, milli qvardiya və polis qüvvələri daxil olmaqla, suveren dövlətlərə məxsus bütün atributlara sahib olmalı idi. Üstəlik, Dağlıq Qarabağın icazəsi olmadan Azərbaycan qüvvələrinin regiona daxil olması qadağan edilməli idi. Bununla yanaşı, Dağlıq Qarabağın əhalisi parlament seçkisi daxil olmaqla, Azərbaycanda keçiriləcək bütün seçkilərdə iştirak etmək hüququ qazanmalı idi. Tarixə nəzər salan zaman “ümumi dövlət” siyasi modelinin uzun illər yaşamadığını görmək mümkündür. Məsələn, bu məsələdə bəzən istinad edilən, 1918-ci ildə yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikası cəmi bir aydan bir qədər çox yaşayıb. Odur ki, Azərbaycan tərəfi Minsk qrupunun Dağlıq Qarabağla “ümumi dövlət” yardılması təklifinin dərhal eədd edib. Bütün bunlardan sonra ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı “Madrid prinsipləri”ni təklif edib. Bəs bu sənəd niyə “Madrid pinsipləri” adlanırdı? Çünki onun ilkin variantı Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə 2007-ci ilin noyabrında ATƏT-in məhz Madriddə keçirilmiş nazirlər konfransında təklif olunmuşdu. 2009-cu ildə “Madrid pinsipləri”nə dəyişikliklər edilmişdi. Yeni varianta nəzərdə tutulan məsələlər bunlar idi: 1) Azərbaycan Dağlıq Qarabağ ətrafındakı 7 rayona nəzarəti bərpa edir; 2) Dağlıq Qarabağa müvəqqəti status tanınır və buna əsasən, ona “özünüidarə və təhlükəsizlik” zəmanəti verilir; 3) Regionla Ermənistan arasında dəhliz yaradılır; 4) Gələcəkdə “əhalinin iradəsinin hüquqi yolla ifadə edilməsi” vasitəsi ilə Dağlıq Qarabağın hüquqi statusu müəyyən olunur; 5) Məcburi köçkünlər geri qaytarılır; 6) Bölgəyə sülhməramlı qüvvələr yerləşdirilir. Bu da son deyil. Rusiyanin vasitəçiliyi ilə 2011-ci ildə təklif edilmiş “Kazan prinsipləri”nə görə, Ermənistan Dağlıq Qarabağ regionu ətrafındakı 5 rayonu Azərbaycana qaytarmalı, daha sonra Ermənistanla sərhəddə yerləşən Laçın və Kəlbəcər rayonları da Azərbaycana təhvil verilməli, Bakı isə əvəzində, Ermənistanın iqtisadi blokadasını aradan qaldırmalı idi. Bu variantda tərəflər arasında iqtisadi və humanitar əməkdaşlıq, sərhədlərin delimitasiyası, gücdən istifadə edilməməsi və sülhməramlıların regionda yerləşdirilməsi ilə bağlı saziş də imzalanmalı idi. “Madrid pinsipləri”nin təhlili göstərir ki, sənədin 1, 3 və 6-cı bəndləri artıq həyata keçirilib. İndi onun yalnız 5-ci bəndinin icrası qalır. 2-ci bənd isə ümumiyyətlə aktuallığını itirib. Çünki sovet dövründə mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti artıq yoxdur. Azərbaycan son müharibə nəticəsində Şuşa şəhəri daxil olmaqla, keçmiş muxtar vilayət ərazisinin xeyli hissəsini geri qaytarıb. Yerdə qalan əraziyə rusiyalı sülhməramlılar yerləşdirilib. Bu səbəbdən, artıq 4-cü bənd də “köhnəlib”. Artıq Azərbaycanda hər hansı statusun veriləcəyi “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur. İlk öncə qeyd etməliyik ki, “Madrid prinsipləri” münaqişənin sülh yolu ilə nizamlanmasını nəzərdə tuturdu. Lakin ötən ilin payızında problem... hərbi yolla çözüldü. Azərbaycan BMT Nizamnaməsinin 51-ci bəndinə istinad edərək, suveren ərazilərini qorumaq üçün güc yoluna əl atdı və Ermənistanı işğal etdiyi torpaqlardan çəkilməyə məcbur etdi. Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı hələ 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistanın bölgədə hərbi mövcudluğu “işğal” kimi tanınmışdı. Üstəlik, qətnamələrlə Azərbaycanın işğal edilmiş ərazilər üzərində suverenliyi birmənalı şəkildə təsdiqlənirdi. Bütün bunlarla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan hələ 2020-ci ildə “Madrid pinsipləri”ndən imtina etmişdi. O, danışıqlarda qondarma “Dağlıq Qarabağ Respublikası”nın da tərəf kimi iştirak etməli olduğunu bildirirdi. Nikol Paşinyanın bu mövqeyi təkcə “Madrid pinsipləri”ndən imtina deyil, həm də Minsk qrupunun mövqeyinə qarşı çıxmaq idi. Minsk qrupunda hesab edirdilər ki, Dağlıq Qarabağın erməni əhalisinin nümayəndələri danışıqlara yalnız regionda etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin nümayəndələri ilə birlikdə qatıla bilərdi. Demək, Paşinyanın tələbi faktiki olaraq, Minsk qrupunun vasitəçiliyindən imtina etmək idi. Beləliklə, bu günün reallıqlarında elə “Madrid pinsipləri”nə əsaslanaraq Minsk qrupunun mövcudluğunu davam etdirməsinə haqq qazandırmaq mümkün deyil. Regionda baş verən son hadisələr təxminən 30 il davam etmiş diplomatik ətaləti üstələyib. Odur ki, indi ATƏT-in burada hər hansı fərqli rol oynaya biləcəyi inandırıcı deyil. Bu gün Mink qrupu bir zamanlar sahib olduğu kiçik nüfuzunu da itirib. Artıq 1990-cı illər deyil! Ermənilərlə azərbaycanlılar artıq postsovet atmosferində yaşamırlar. Cənubi Qafqaz dövlətləri də müstəqilliklərini yeni qazanmış postsovet ölkələri deyil. Üstəlik, Minsk qrupunun iki həmsədri – ABŞ ilə Fransa müxtəlif səbəblərdən regionda nüfuzlarını itiriblər. Məsələn, Fransa prezidenti Emmanuel Makron ölkəsinin Minsk qrupunun həmsədri nüfuzunu itirib. O, son müharibə zamanı açıq şəkildə Ermənistanı dəstəkləyib, bununla da bitərəfliyi pozub. Fransa prezidenti deyirdi ki, “Dağlıq Qarabağ istila olunarsa, bunu qəbul etməyəcəyik”. “Mən Ermənistana və ermənilərə səslənirəm: Fransa öz rolunu oynayacaq”, - deyə Makron bildirmişdi. Məqsəd “istila”nın qarşısını almaq idi (Fransada böyük, yüksək təhsilli, mədəni nöqteyi-nəzərdən nüfuzlu erməni diasporu var. Erməni əsilli fransalı məşhur müğənni Şarl Aznavuru nümunə göstərmək olar). ABŞ-a gəlincə, o, hələ Obama administrasiyası dövründə Türkiyə-Ermənistan yaxınlaşması layihəsinin iflasa uğramasından sonra Cənubi Qafqazda diplomatik fəallığını azaldıb. Bu gün ABŞ cəmiyyətinin, hətta elitasının fikri müxtəlif problemlərə yönəlib. Buraya daxili siyasi ədavətlər və ya Çinlə bağlı çağırışlar daxildir. Üstəlik, Bayden administrasiyasında mühüm vəzifələrdə erməni lobbisinin nümayəndələrinin təmsil olunması da yaxşı heç nə vəd etmir. Belə bir vəziyyətdə tərəflər arasında atəşkəs razılaşmasının imzalanmasına Rusiya vasitəçilik edib. Bunun ardınca isə o, sülhməramlı adı ilə ordusunu bu regiona göndərib. Bu şəraitdə Moskva, Fransa və ABŞ daxil olmaqla, Qərb ölkələrinin nizamlama prosesində iştirakına niyə imkan versin? Bir sözlə, ATƏT-in Minsk qrupunun gələcəkdə bu məsələdə hansısa rol oynaması üçün nəinki yeni həmsədrlərə, hətta tam yeni baxışa ehtiyac olacaq. Amma bölgədə hadisələr çox sürətlə inkişaf edir və belə də davam edəcək. Odur ki, mürəkkəb, çoxtərəfli diplomatiya həyata keçirən ATƏT-in işi çətin olacaq. Regionun özündə iqtisadi və siyasi əməkdaşlıq təklifləri, həmçinin Türkiyənin “altılı platforma”sı (Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Rusiya və Türkiyə) hadisə yerindən minlərlə mil uzaqlıqdakı ölkələrin Xarici İşlər Nazirliklərinin təqdim etdiyi siyasi sxemlərdən daha həyati və dinamikdir. Bu arada, 2017-ci ildə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olmuş Riçard Hoqland “açıb sandığı, töküb pambığı”. O, Minsk qrupunun necə fəaliyyət göstərdiyi haqda danışıb. Sabiq həmsədrin dedikləri həqiqətən çox təəccüblüdür: “Biz beşulduzlu hotellərdə qalırdıq. Bizə nümayəndəlik mərtəbələrində nömrələr verirdilər, bununla da əlavə xərcə düşmədən özəl yeməkxanalara və tam təmin olunmuş barlara çıxış əldə edirdik. Hər zaman şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. ATƏT bayrağını göstərdiyimiz və Bakı ilə Yerevana Minsk qrupunun varlığını xatırlatdığımız müddətdə yaxşı yaşayırdıq. Amma açıq desək, çox az nailiyyət əldə etdik”. Beləliklə, indi münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Diplomatik təcrübədə müharibələr məhz belə sona çatır. Hətta Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan (1991-1998) belə, xatırladır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə dövlətdir. Sabiq prezident indiki şəraiti əsas gətirərək bildirir ki, Yerevanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edəcəklər. Azərbaycan əhalisinin sayı Ermənistan əhalisi ilə müqayisədə düz üç dəfə çoxdur. Bundan başqa, Azərbaycan ümumdaxili məhsulun həcminə görə də Ermənistanı dörd dəfədən çox üstələyir. Bakı “orta güc” kimi diplomatik muxtariyyət qurub, Yerevan isə dünya səhnəsində yalnız Rusiyadan asılı vəziyyətdədir. Ermənistana siyasi və ya strateji nöqteyi-nəzərdən dəstək verən digər qüvvə erməni diasporudur. Doğrudur, Avropa İttifaqı bu ölkəyə 3 milyard dollar dəyərində maliyyə yardımı ayıracağını elan edib. 25 ildir erməni diasporu Ermənistanın siyasi həyatında müharibəpərəst əsas qüvvələrdəndir. Halbuki, erməni diasporu Yerevanı təşviq etdiyi bu siyasətin nəticələrindən heç bir əziyyət çəkmir. Yeri gəlmişkən, 1990-cı illərin əvvəllərində Levon Ter-Petrosyanın baş məsləhətçisi olmuş Jirair Libaridian etiraf edir ki, İkinci Qarabağ müharibəsinin nəticələri qismən erməni diasporunun Ermənistanın siyasətinə faciəli təsiri ilə əlaqədardır. Onun sözlərinə görə, erməni diasporu hər zaman maksimalist mövqedən çıxış edib: “Bu, regiondakı vəziyyətin real qiymətləndirilməsinə yardım göstərməyib”. Libaridian hesab edir ki, indi regiondakı yeni reallığa nəzər yetirmək, Ermənistanın strateji vizyonuna düzəlişlər etmək lazımdır. “Bizim üçün tarixi itkilərə səbəb olan düşüncə tərzinin davam etməsi müharibənin yenidən başlaması ilə nəticələnəcək... Biz əlimizdə olan hər şeyi də itirə bilərik”, - deyə Jirair Libaridian vurğulayıb. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar