Xəbər lenti

"Türkiyə hərbçiləri artıq Əfqanıstandan geri qayıdıb. Halbuki Türkiyə Əfqanıstanın yenidən inşasında və qeyri-sabitliyin aradan qaldırılmasında iştirak edə bilərdi".

Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında türkiyəli hərbi-siyasi ekspert Abdullah Ağar bildirib.

Onun sözlərinə görə, Türkiyə müttəfiqləri ilə müxtəlif səviyyəli danışıqlar apararaq razılaşmalar əldə edə, beləliklə də Əfqanıstana təzyiqləri azalda bilərdi: "Nəticə etibarilə deyə bilərəm ki, "Taliban" və onun təsir dairəsi Türkiyənin Əfqanıstanda siyasi, hərbi, mədəni, dini, demoqrafik, geopolitik və iqtisadi aspektlərdən təşəbbüskar mövqe sahibi olmasını istəmədi. Hesab edirəm ki, bunun ağır nəticələrinə yaxın zamanlarda şahid olacağıq".



Ana səhifəyə qayıt        Baxış: 2 655          Tarix: 26-08-2021, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma