Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Laçında keçirdikləri hərbi təlimlər, gözlənildiyi kimi, İrəvanda da təşvişlə qarşılanıb.
Ovqat.com-un məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi təlimlərlə bağlı “Sputnik Armeniya” nəşrinə açıqlama verib.
Açıqlamada bildirilir:
“Ermənistan və “Artsax” sərhədləri, eləcə də Laçın dəhlizi yaxınlığında Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsini 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın ruhuna uyğun olmayan, deeskalasiya addımlarına zərər vuran bir hərəkət kimi qiymətləndiririk. Bu təlimlər davamlı sülh, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək səylərinə xələl gətirir”.
44 günlük savaşın üzərindən 1 il keçməməsinə baxmayaraq, İrəvan deyəsən yenə Laçının da, Qarabağın ərazisi olduğunu unudub. Ermənistan XİN-nin Qarabağı “Artsax” kimi təqdim etməsi və onun sərhədlərindən danışması da bunu göstərir. İrəvan anlamalıdır ki, bu təxribatçı mövqeyin özü sülh təşəbbüslərinə zərər verir və Qarabağdakı erməni icmasının Azərbaycana inteqrasiya prosesini əngəlləyir. Əslində bunun özü 10 noyabr Bəyanatının məramına ziddir və Qarabağ ermənilərini zorla fəlakətə sürükləməyə xidmət edir. Azərbaycan rəsmi dairələri bunu İrəvanın diqqətinə çatdırmalı, onu məsuliyyətə dəvət etməlidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar