Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
“Təəssüf ki, Ermənistan Silahlı Qüvvələrinin “Artsax” ərazisindən çıxması barədə məlumatlar təsdiqlənir”.
Ovqat.com xəbər verir ki, “Telegram”-ın erməni seqmentinin Paşinyan tərəfdarı kimi çıxış edən ən populyar səhifəsi “@ bagramyan26” bu “təəssüfedici” məlumatı yayıb.
Yüksək rütbəli mənbənin “@ bagramyan26”-ya verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin Qarabağdan geri çəkilmə prosesi artıq başlayıb: “Qarabağda yalnız yerli sakinlərdən ibarət bölmələr qalacaq. Ermənistandan çağırılanlar artıq bu bölgəyə xidmətə göndərilməyəcəklər”.
Bununla belə, səhifə “Artsax ordusu”nda xidmət göstərmək istəyən hər kəsin öz arzusunu könüllü olaraq həyata keçirə biləcəyini də xatırladıb: “Yollarından biri müqavilə bağlamaq və “Artsax”da xidmət etməkdir.
Beləliklə, “Artsax”ın yaxın gələcəkdə təhlükəsizliyi yalnız yerli sakinlərdən, eləcə də Ermənistan könüllülərindən təşəkkül tapan “Artsax ordusu”ndan və Rusiya sülhməramlılarından asılı olacaq”, - “@ bagramyan26” belə yazıb.
@ bagramyan26” nədənsə onu da deməyi unudub ki, Dağlıq Qarabağa “könüllü gələn” Ermənistan vətəndaşlarını Azərbaycanın müvafiq orqanları terrorist kimi qiymətləndirir və imzalanan heç bir sənədi onlara şamil etmir və İrəvanın bildirdiyinə görə, hazırda Azərbaycan həbsxanalarında 300-ə qədər bu cür terrorçu var, hansı ki onlar ümidlərini Moskvaya bağlayıb azad olunacağı günü gözləyirlər. Bakı isə belə məsələlərdə Moskvanın xahişinə qulaq asmır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar