Xəbər lenti
Dünən, 23:30
Dünən, 21:55
Dünən, 21:12
Dünən, 15:47
Dünən, 09:19
3-12-2025, 23:05
3-12-2025, 22:47
3-12-2025, 21:59
3-12-2025, 19:45
3-12-2025, 18:38
3-12-2025, 16:18

Fransa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır.
“Report” xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-İv le Drian bununla bağlı rəsmi tvitter səhifəsində yazıb.
“Dünən - müharibədən bir il sonra baş tutan Ermənistan və Azərbaycan nazirlərinin görüşü müsbət addımdır. Davamlı sülhə nail olmaq üçün biz tam səfərbərik”, - nazirin paylaşımında deyilir.
Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşləri olub. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























